Dövlətə məxsus parkinq binasını kim özəlləşdirib?
Generalın qızı hökuməti ittiham etdi
Azərbaycan dili kasıb-kusubun, “çuşkaların“ dilidir
Hindistan Türkiyənin düşmənlərini özünə dost bilir?
Mobil telefon, “ağıllı” saat - Qovuldular
Bakıda ağac avtobusun üzərinə aşıb
Poroşenkoya Ukraynadan çıxmağa icazə verilmədi
Səkiləri sökür, parkinq edirlər - Foto
Sabah Bakıda yağış yağacağı ehtimalı var - Proqnoz
Xamenei müharibədən sonra ilk dəfə göründü - Video


22.01.2019  08:46 

Ronaldonun tələbi qəbul edilmədi





A+  A-

Vergidən yayınma ilə bağlı haqqında açılan cinayət işinə görə 22 yanvarda Madrid məhkəməsində hakim qarşısına çıxacaq Kriştiano Ronaldo məhkəməyə xüsusi tələb irəli sürüb.
XəzərNews.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, “Yuventus”un ulduzu məhkəməyə gələrkən media nümayəndələri ilə qarşılaşmamaq üçün məhkəmə binasının avtomobil dayanacağını istifadə etmək istədiyini bildirib.

Lakin, onun tələbi qəbul edilməyib.

Məhkəmə sədri Xuan Pablo Qonsalez Ronaldonun tanınmış biri olmasına baxmayaraq, heç kimə güzəşt edilməyəcəyini açıqlayıb. Onun sözlərinə görə, Ronaldo polis nəzarətində məhkəmə binasına daxil olacaq.

Qeyd edək ki, Ronaldo ilə yanaşı sabiq futbolçu, hazırda “Real”ın U-14 komandasının məşqçisi olan Xabi Alonso da hakim qarşısına çıxacaq.

İddianaməyə görə, Ronaldoya 2 il şərti həbs cəzası və 18,8 milyon avro pul cəzası, Alonsoya isə 5 il həbs cəzası ilə yanaşı 4 milyon avro pul cəriməsi verilməsi tələb edilir.



Xəbər 3100 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +