YouTube platformasında yenilik var...-Mütəxəssisdən AÇIQLAMA
Co Bayden ilk dəfə xəstəliyindən yazdı
Həqiqi hərbi xidmətə çağırışla bağlı... - Sərəncam
Sobçakın da vergiyə külli miqdarda borcu var
“Toplum TV“nin əməkdaşları ilə bağlı ittiham aktı elan edildi
Telefonda danışacaqları saat bəlli oldu
Seçkidə qalib gəlsələr də... - Səs çoxluğu yoxdur
Cahangir Hacıyev 6 milyon manata yaxın pul qazanır
Terrorçulara qoşulan şəxslər Bakıya gətirildi - VİDEO
Kəmaləddin Heydərov rəisi təqaüdə göndərdi


19.06.2019  09:16 

Xaricdə təhsil alan gənclərimizin informasiya müharibəsində rolu...





A+  A-

Müharibədə qələbəni təkcə döyüş bölgəsində deyil, həm də informasiya cəbhəsində qazanılan uğurlar təmin edir. Bu məsələdə üstünlüyümüz hazırda dünyanın müxtəlif ölkələrində təhsil alan 10 minə yaxın azərbaycanlı gənc və xaricdə yaşayan həmvətənlərimizdən xeyli dərəcədə asılıdır.

Dünyanın dörd bir yanında aparılan informasiya müharibəsində ölkəmizin qalib gəlməsi təkcə hökumətin işi olmamalıdır. Milli maraqlar səviyyəsinə qaldırılmalı olan bu siyasətin uğurla həyata keçirilməsində isə xaricdə yaşayan və təhsil alan vətəndaşlarımızın üzərinə daha çox ağırlıq düşür.

Belə ki, xarici universitetlərdə təhsil alan gənclərimiz universitetin tələbə və professor heyəti ilə birbaşa ünsiyyət imkanına sahib olurlar ki, bu da Azərbaycan həqiqətlərinin bilavasitə beynəlxaq ictimaiyyətin nəzərinə çatdırılması deməkdir. Azərbaycanlı gənclərin üzərinə bu gün olduqca böyük yük düşür ki, bu da Azərbaycanın müsbət imicini tanıtmaqdır. Bu imicin öncə mədəniyyət günləri ilə, biz kimik, bizim dərin mədəniyyətimizin təbliği, kim olmuşuq, bizim coğrafiyadakı mövqeyimiz tanıdılandan başlamalıdır. Məhz bundan sonra, ikinci mərhələ artıq Azərbaycanın həqiqətlərini, inkişaf edən Azərbaycanın qarşısında olan erməni təcavüzünü və bu böyük maneənin dünyaya tanıdılmasıdır.

Fransada erməni diasporunun güclü olduğunu nəzərə alsaq, bu səbəbdən Azərbaycan gənclərinin bu ölkənin kütləvi informasiya vasitələri ilə Azərbaycanın problemləri barədə siyasi məqalələrin dərc edilməsində böyük problemlərlə qarşılaşdığını bilməliyik. Onlar Azərbaycan barəsində əldə olunan bütün məqalələri Fransa mətbuatına ötürürlər: İstər bu Fransanın məşhur qəzetlərindən olan “Le Pold” olsun, istərsə də digər “Fiqaro” qəzeti olsun, biz ora məqalələr veririk. Yəni bu gün fransızlar Azərbaycanla maraqlanırlar. Onlar əsasən ölkəmizin mədəniyyət mövzusuna maraq göstərirlər. Amma siyasət mövzusuna girdikdə, heç bir kütləvi informasiya vasitəsi bizi qəbul etmir. İstər Xocalı aksiyasının tanıtımı baxımından, biz bu qəzetlərə nə qədər məlumət göndərdik, bu haqda heç bir televiziya da çəkiliş aparmadı.

Müharibə şəraitində yaşayan ölkəmiz haqda həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması bu gün həmişəkindən daha vacibdir. İqtisadi sahədə bir sıra uğurlar əldə edən Azərbaycan hələ də həll edilməmiş problemlər ətrafında var-gəl edir ki, bunlardan ən böyüyü Dağlıq Qarabağ problemidir.

Hər zaman “Sülh olmazsa, müharibə” şüarı ilə qonşu Ermənistanla diplomatik müharibə aparan Azərbaycanın yalnız siyasi sahədə deyil, bir ölkənin beynəlxalq arenada daha da tanınması üçün lazım olan başqa sahələrdə də öz sözünü deməlidir. Bunun üçün isə xaricdə təhsil alan gənclərimiz təhsillərinə xələl gətirməyəcək dərəcədə ölkəmizin təmsil olunmasında birlikdə, həmrəy şəkildə aparıcı rol oynamalıdır.

“Paradiqma” İctimai-Siyasi Tədqiqatlar
İctimai Birliyinin Analitik Qrupu


Bu məqalə “Paradiqma” İctimai-Siyasi Tədqiqatlar İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi “Gənclərin internet səhifələrində, o cümlədən sosial şəbəkələrdə milli maraqların müdafiəsinə cəlb edilməsi” layihəsi çərçivəsində hazırlanıb.





Xəbər 1075 dəfə oxunub.




19.05.2025  21:59 

Məşhur aktyor nişanlandı -FOTO

19.05.2025  13:08 

Sumqayıtda qazini maşın vurub

19.05.2025  12:38 

Lavrov Ermənistana səfər edəcək


BÜTÜN XƏBƏRLƏR +