Dolların məzənnəsi düşür, məhsullar bahalaşır
“Toplum TV işi“ üzrə növbəti prosesi keçirilib
Pirəkəşküldə partlayış olacaq... - Qorxmayın
Putin -Tramp görüşü razılaşma tələb edir- Uşakov
Qəzza qatliamı: 54 418 nəfər ölüb, 124 190 nəfər yaralanıb
Eldar Mahmudovun şəxsiyyət vəsiqəsini yeniləmirlər
Sabahın havası açıqlandı: Bakıda və rayonlarda...
Messi Azərbaycan millisini təbrik edib
Öpüşmək psixikaya mənfi təsir göstərir
Prezident Alparslan Bayraktarı qəbul edib


11.09.2017  23:56 

Üç gün qaz olmayacaq





A+  A-

“Gəndob-Xaçmaz-Yalama-Rusiya Federasiyası dövlət sərhədi” avtomobil yolunda aparılan təmir işləri ilə bağlı tikinti sahəsinə düşən və “Qaz İxrac” İdarəsinin balansında olan “Mozdok-Qazıməmməd” magistral qaz kəmərinin kəsişmə yerlərində yeni quraşdırılmış keçidlərin mövcud şəbəkəyə birləşdirilməsi ilə əlaqədar, 12.09.2017-ci il tarixində saat 07:00-dan 3 (üç) gün müddətində “Quba” və “Xaçmaz” Qazpaylayıcı stansiyalarından qaz təchizatı dayandırılacaq.
“Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən XəzərNews.az-a verilən məlumata görə, təmir müddətində Xaçmaz və Quba rayonlarına təbii qazın verilişində məhdudiyyət yaranacaq.

Göstətilən müddət ərzində təmir işləri yekunlaşdırılaraq təbii qazın verilişi təmin ediləcək və yaranacaq məhdudiyyətlə bağlı “Azəriqaz” İB-yi bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir.

Xəbər 1652 dəfə oxunub.




02.06.2025  14:54 

Rusiyada 41 təyyarə vurulub

02.06.2025  09:17 

Lerikdə zəlzələ qeydə alınıb

01.06.2025  14:54 

Saleh Səmədovu DTX həbs edib?


BÜTÜN XƏBƏRLƏR +