Bank kartlarından 46757 manat oğurlandı
İsrail Qəzzanın bütün hissəsini ələ keçirmək istəyir
Rusiya bütün Ukraynanı istəyir - Tramp
AQTA mal bazarında nöqsan aşkar etdi
Sabah Bakıda yağış yağacaq - Hava
Məhkəmə Ələsgər Məmmədli ilə bağlı qərar verdi
Bu dərmanlar pulsuz olacaq - Açıqlama
Daha bir azərbaycanlı müharibədə həlak oldu
Oğul atasına səkkiz bıçaq zərbəsi endirdi
İlham Əliyev və birinci xanım Patriarxı Kirill ilə görüşüblər


03.08.2023  11:24 

Dərmanları mətbəxdə və hamamda saxlamaq olmaz





A+  A-

Analitik Ekspertiza Mərkəzi dərmanların ev şəraitində necə və harada saxlanılmalı olduğu ilə bağlı məlumat yayıb.

Mərkəzdən XəzərNews.az-a verilən məlumata görə, çox zaman insanlar dərmanların harada saxlanılması məsələsinə lazımi diqqət yetirmir, yanlış olaraq dərmanları mətbəxdə və hamam otağında saxlayırlar. Amma, dərmanları düzgün yerdə saxlamaq, temperatur, rütubət, günəş şüaları kimi faktorları nəzərə almaq lazımdır ki, onların effektivliyi itməsin və sağlamlığımıza zərər verməsin.

Məlumatda qeyd edilib ki, dərmanların qonaq və yataq otağında saxlanılması temperatur baxımından daha uyğun yer hesab olunur:

"Həmçinin dərmanlar uşaqlar və heyvanlardan uzaq yerlərdə saxlanılmalıdır. Hər bir dərman vasitəsinin üzərində saxlanma şəraiti qeyd olunur. Əksər dərmanların saxlanması otaq temperaturunda - 15-25 dərəcə nəzərədə tutulub. Bu qrup dərmanları öz qutusunda, ağzıbağlı, quru, təmiz, gün düşməyən və sərin şkaflarda saxlamaq lazımdır".

Məlumatda həmçinin bildirilib ki, bəzi dərmanların qutusunun üzərində və içlik vərəqələrində saxlama şəraiti 2-8 dərəcə temperatur qeyd olunursa, onların soyuducuda saxlanılması mütləqdir:

"Onları rütubətdən qorumaq üçün soyuducuya yerləşdirməzdən əvvəl qutuya və ya polietilen paketlərə qoymaq lazımdır. Soyuducuda saxlanılan dərmanlarda donma izləri müşahidə olunduqda həmin dərmanlar istifadə olunmamalıdır".

Xəbər 983 dəfə oxunub.




02.05.2025  13:53 

Krıma dron hücumu - Foto


BÜTÜN XƏBƏRLƏR +