Heydər Əliyevin doğum günü İsveçdə qeyd olunub - Fotolar
Səfirlik və diasporumuz Kiyevdə ağac əkdi
Bakıda 15 yaşlı qıza toy etdilər
“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident


31.03.2021  18:16 

DYP-dən dayanma-durma ilə bağlı sürücülərə XƏBƏRDARLIQ





A+  A-

Bakı şəhər Dövlət Yol Polisi İdarəsi dayanma-durma qaydalarını pozan sürücülərə xəbərdarlıq edib.
İdarədən XəzərNews.az-a verilən məlumata görə, paytaxtın küçə və prospektlərində dayanma-durma qaydalarının düzgün təmin edilməsi ilə bağlı polis tərəfindən gücləndirilmiş qaydada profilaktik tədbirlər davam etdirilir: “Dayanma-durma qaydalarını pozan sürücülər əsasən günün pik saatlarında intensiv hərəkət müşahidə olunan küçə və prospektləri, ictimai nəqliyyat üçün ayrılmış yolları, həmçinin avtobus dayanacaqlarını zəbt etməklə həmin ərazidə yaşayan, eləcə də mənzil başına vaxtı-vaxtında çata bilməyən digər hərəkət iştirakçılarının haqlı narazılığına səbəb olur.

Bir daha sürücülərə dayanma-durma qaydalarına düzgün əməl olunması və bu sahədə nəzarət tədbirlərin gücləndirilməsi məqsədilə xəbərdarlıq edir, onlardan “Yol Hərəkəti Haqqında” qanunun çərçivəsində, həmçinin yollarda hərəkətdə olan digər şəxslərin hüquqlarının pozulmaması, özlərinin isə inzibati məsuliyyətə cəlb olunmamaları üçün qayda pozuntusu törətməkdən çəkinmələrini xahiş edirik”.

Xəbər 1900 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +