Heydər Əliyevin doğum günü İsveçdə qeyd olunub - Fotolar
Səfirlik və diasporumuz Kiyevdə ağac əkdi
Bakıda 15 yaşlı qıza toy etdilər
“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident


13.01.2020  11:28 

Yağışlı hava ilə bağlı sürücülərə xəbərdarlıq





A+  A-

Bakı yol polisi yağışlı hava ilə bağlı sürücülərə müraciət edib.
Paytaxtın Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov XəzərNews.az-a açıqlamasında bildirib ki, sürücülər digər günlərə nisbətən yağışlı havalarda daha diqqətli olmalı, sürət həddini minimuma endirməli, ara məsafəsini normadan artıq saxlamalıdırlar:

“Avtomobillərini meteoroloji şəraiti nəzərə almaqla idarə etməlidirlər. Günün pik saatlarında havaların yağışlı olması, səhər havanın gec işıqlanması, axşam isə tez qaralması hərəkət iştirakçılarının görmə qabiliyyətini məhdudlaşdırır. Yağış yağdığı üçün asfalt səthində sürüşmə yaranır. Sürücülər bunu nəzərə alaraq sürət qutusundan və əyləc sistemindən düzgün istifadə etməlidirlər. Eyni zamanda, nəqliyyat vasitələrinin dövlət nömrə nişanları, işıq cihazları təmiz saxlanılmalıdır.

"Yol hərəkəti haqqında" qanuna əsasən, yol və meteoroloji şəraiti nəzərə almamaqla törədilən qəzalarda sürücülər məsuliyyətə cəlb oluna bilər".

Xəbər 1578 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +