Heydər Əliyevin doğum günü İsveçdə qeyd olunub - Fotolar
Səfirlik və diasporumuz Kiyevdə ağac əkdi
Bakıda 15 yaşlı qıza toy etdilər
“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident


07.01.2020  21:19 

“Azərişığ”ın yeni sədri kimdir?





A+  A-

Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyevin sərəncamı ilə Vüqar Əhmədov “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti sədri təyin edilib.
XəzərNews.az-ın məlumatına görə, Vüqar Cəbrayıl oğlu Əhmədov Mingəçevir şəhərində anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetində menecment fakültəsində bakalavr və magistr pillələri üzrə təhsil alıb.

O, həmçinin Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Dövlət və bələdiyyə idraəetməsi ixtisası üzrə təhsil alıb, Azərbaycan Dövlət İqtisad Universitetinin İnformatika və idarəetmə fakültəsinin menecment kafedrasının iqtisad üzrə fəlsəfə doktoru proqramının doktorantıdır.

2015-2018-ci illərdə Rusiya Federasiyasının Prezidentinin yanında Xalq Təsərrüfatı və Dövlət Qulluğu Akademiyasında təhsil alıb. O, Xarici İqtisadi Əlaqələr Nazirliyində və Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyində müxtəlif vəzifələrdə çalışıb. Bir müddət Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin (sonradan İqtisadiyyat və Sənaye Nazirliyi) İstehlak Mallarının Ekspertizası Mərkəzinin direktoru vəzifəsində çalışıb.

2015-ci ildən hal-hazıradək “Azərişıq” Açıq Səhmdar Cəmiyyətində sədr müavini vəzifəsində çalışırdı. 2020-ci il yanvarın 7-də Azərbaycan Prezidentinin sərəncamı ilə “Azərişıq” ASC-nin sədri vəzifəsinə təyin edilib.

Ailəlidir. İki övladı var.

Xəbər 1628 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +