Heydər Əliyevin doğum günü İsveçdə qeyd olunub - Fotolar
Səfirlik və diasporumuz Kiyevdə ağac əkdi
Bakıda 15 yaşlı qıza toy etdilər
“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident


30.12.2019  09:43 

Sabah işıqforlarda yaşıl dalğa tətbiq ediləcək





A+  A-

31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə paytaxtda keçiriləcək bayram şənlikləri ilə əlaqədar, müntəzəm marşrut xətləri üzrə avtobuslar qeyd olunan tarixdə gecə saat 01:00-dək fəaliyyət göstərəcək.
Bakı Nəqliyyat Agentliyindən XəzərNews.az-a verilən məlumata görə, vətəndaşlara bayram tədbirlərinin keçirildiyi məkanlara ictimai nəqliyyatdan istifadə etməklə getmələri tövsiyə edilir.

Bundan əlavə, Nəqliyyatın İntelektual İdarəetmə Mərkəzi tərəfindən dekabrın 31-i gecə saatlarında, xüsusən də mərkəzi küçə və prospektlərdə sıxlığın aradan qaldırılması məqsədilə işıqforlarda yaşıl dalğa tətbiq ediləcək.

Həmçinin, əhalinin rahat hərəkətini təmin etmək üçün gün ərzində qanunsuz parklanmaya nəzarət həyata keçiriləcək.

Ümumilikdə isə bayram tətili günlərdə nəqliyyatın işinə nəzarəti təşkil etmək məqsədilə Bakı Nəqliyyat Agentliyi fəaliyyətini xüsusi rejimdə davam etdirəcək.

Sürücülərdən xahiş edilir ki, avtomobillərini dayanma-durmanın qadağan olunduğu yerlərdə saxlayaraq digər hərəkət iştirakçılarına mane olmasınlar.

Xəbər 1602 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +