Heydər Əliyevin doğum günü İsveçdə qeyd olunub - Fotolar
Səfirlik və diasporumuz Kiyevdə ağac əkdi
Bakıda 15 yaşlı qıza toy etdilər
“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident


03.09.2019  19:43 

Qeyri-sabit hava nə vaxtadək davam edəcək?





A+  A-

Ekologiya və Təbii Sərvətlər Nazirliyi faktiki havanı açıqlayıb.
Milli Hidrometeorologiya Departamentindən XəzərNews.az-a verilən məlumata əsasən, sentyabrın 2-si gündüzdən 3-ü səhərədək ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, şimşək çaxıb, arabir yağış yağıb, bəzi yerlərdə leysan xarakterli intensiv olub.

Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında: Sumqayıtda 27 mm (aylıq normanın 150 faizi), Zabratda 20 mm (aylıq normanın 116 faizi), Bakıda 18 mm (aylıq normanın 104 faizi), Maştağada 12 mm (aylıq normanın 53 faizi), Binədə 8, Pirallahıda 5 mm, Böyük Qafqazda: Xaltanda 18, Qubada 15, Sarıbaşda (Qax), Qusarda 9, Mərəzədə 8, Oğuz, Altıağac, Kişçayda (Şəki) 6, Xınalıqda 5, Şahdağda 3, Xaçmaz, Şabranda 2, Balakən, Qəbələ, Zaqatala, Şəki, Qırız, Nabranda 0-1 mm, Lənkəran-Astara zonasında: Astarada 7, Biləsuvarda 3, Lənkəran, Neftçalada 1, Mərkəzi aran rayonlarında: Tərtərdə 5, İmişlidə 3, Cəfərxan, Bərdədə 2, Yevlax, Zərdab, Kürdəmir, Sabirabad, Salyanda 0-1 mm, Qazax-Gəncə zonasında: Zəyəmçay-Ağbaşlar HMM-da (Tovuz) 10.3, Naftalan, Şəmkir, Ağdam, Köçəsgərdə (Ağstafa) 4, Gəncədə 3, Dağkəsəmən, Düz Qışlaqda (Ağstafa) 2, Ceyrançöl, Tovuz, Ağstafada 1 mm, Kiçik Qafqazda: Dəstəfürçay-Qaraqollar HMM-da 21 mm (aylıq normanın 52 faizi), Gəncəçay-Gədəmiş HMM-da (Daşkəsən) 16.2, Çaykənddə (Göygöl) 10.4, Gədəbəydə 14, Göygöldə 10, Daşkəsəndə 8 mm, Naxçıvan MR-da: Sədərəkdə 7, Ağdərədə (Ordubad) 5, Şərurda 4, Şahbuzda 3, Naxçıvanda 2, Ordubadda 1 mm təşkil edib.

Sentyabrın 2-də Bakıda havanın temperaturu iqlim normasından 3 dərəcə aşağı olub.

Qeyri-sabit hava şəraiti sentyabrın 9-dək davam edəcək.

Xəbər 1197 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +