Heydər Əliyevin doğum günü İsveçdə qeyd olunub - Fotolar
Səfirlik və diasporumuz Kiyevdə ağac əkdi
Bakıda 15 yaşlı qıza toy etdilər
“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident


14.05.2018  09:26 

Hikmət Cavadov yenidən sədr seçildi - Fotolar





A+  A-

Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporu (UABD) növbəti seçki konfransını keçirib.
XəzərNews.az xəbər verir ki, UABD-nin Kiyev şəhərində yerləşən mərkəzi ofizində keçirilən seçki konfransında təşkilatın İdarə Heyətinin üzvləri, vilayət sədrləri iştirak edib. Konfransda UABD-nin sədri, sədr müavinləri və İdarə Heyəti yenidən formalaşıb.



Seçki konfransında UABD sədri Hikmət Cavadov ötən beş ildə görülən işlərlər bağlı ətraflı hesabat verib. Hesabat ətrafında müzakirələr aparılıb.
Konfransda keçirilən açıq səsvermə yolu ilə Hikmət Cavadov növbəti 5 il üçün UABD-nin sədri seçilib. UABD-nin sədrinin muavinləri postuna isə Murad Cəfərov, Arzum Məhərrəmov, Elşad İbrahimov və Emin Şıxalizadə seçiliblər (gənclər iş üzrə müavin).
UABD-nin İdarə Heyəti isə tamailə yenidən formalaşıb. Hikmət Cavadov, Murad Cəfərov, Arzum Məhərrəmov, Elşad İbrahimov, Emin Şıxalizadə, Şakir Yəhyayev, Azad Əliyev, Fuad Əliyev, Rəşad Tağıyev, Vüsal Allahverdiyev, Elşad Sadıqov, Hikmət Abdullayev İdarə Heyətinin üzvləri seçiliblər.



Konfransın sonunda çıxış edən UABD sədri Hikmət Cavadov ona göstərilən etimadı doğruldacağını, Ukraynada yaşayan soydaşlarımızın birləşməsi və Azərbaycan həqiqətlərinin təbliği istiqamətində birgə çalışacaqlarını bildirib.



Qeyd edək ki, H.Cavadov 2012-ci ildən Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun (UABD) sədri, "Diasporun İnkişaf Perspektivləri” Daimi Forumunun baş koordinatorudur. O, Prezident İlham Əliyev tərəfindən “Azərbaycan diasporunun inkişafındakı xidmətlərinə görə” "Tərəqqi" medalı ilə təltif olunub.







Xəbər 3134 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +