Heydər Əliyevin doğum günü İsveçdə qeyd olunub - Fotolar
Səfirlik və diasporumuz Kiyevdə ağac əkdi
Bakıda 15 yaşlı qıza toy etdilər
“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident


16.03.2018  14:23 

Deputat hökumətin hesabatına etiraz etdi





A+  A-

“Hökumətin hesabatının forma və məzmunu dəyişməlidir. Hesabatda ayrı-ayrı sahələr üzrə hədəf göstəriciləri də burada göstərilməlidir. Yalnız bu zaman nəticə əsaslı hesabat ola bilər”.
XəzərNews.az-ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında çıxış edən deputat Fazil Mustafa deyib. Deputat bildirib ki, inkişafla yanaşı tənqidlər də səsləndirilməlidir ki, bu problemlər aradan qaldırılsın.

“Bundan başqa, deputatların təkliflərinə bəzi hallarda ya cavab verilmir, ya da uyğun cavab verilmir. Məsələn ötən il nazirliklərin təmiri ilə bağlı ayrılan 10 milyon manat vəsaitlə bağlı sualımıza adekvat cavab verilməyib. Əgər 10 milyon böyük rəqəm deyilsə, bunu məcburi köçkünlərin mənzil şəraitinin yaxşılaşdırılmasına yönləndirməliyik. Bu gün hərbçilərin evində belə məcburi köçkünlər yaşayır. Biz müharibə şəraitində yaşayan ölkəyik. Məcburi köçkünlərin hamısı mənzillə təmin edilməlidir ki, hərbçilərimizin də mənzil problem həll edilsin”.

Fazil Mustafa təhsil işçiləri ilə səhiyyə sistemi arasında maaş məsələsində kəskin fərq olmasının da narahatedici məqam olduğunu deyib.

“Bu iki sosial sahə arasında belə fərq olması doğru deyil. Bunun ağır nəticəsini vətəndaş çəkir. Bundan başqa təklif edirəm ki, diaqnostik qiymətləndirmə ilə yüksək nəticə göstərən müəllimlərin maaşları digərlərindən fərqləndirilməlidir. Bir sıra ölkələrdə südlə benzinin qiyməti eynidir. Bizdə benzin 90 qəpik, süd isə 1 manat 50 qəpikdir. Süd uşaqların inkişafı üçün önəmlidir, bir sıra ölkələrdə bununla bağlı məktəblərdə aksiyalar keçirilir”.

Xəbər 1543 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +