Heydər Əliyevin doğum günü İsveçdə qeyd olunub - Fotolar
Səfirlik və diasporumuz Kiyevdə ağac əkdi
Bakıda 15 yaşlı qıza toy etdilər
“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident


11.04.2017  18:17 

İTV-nin baş direktoru vəzifəsi üçün yeni müsabiqə elan olundu





A+  A-

Milli Televiziya və Radio Şurası (MTRŞ) İctimai Televiziya və Radio Yayımları Şirkəti baş direktorunun səlahiyyət müddətinin başa çatması ilə əlaqədar bu vəzifəyə seçilmək üçün namizədin müəyyənləşdirilməsi məqsədi ilə müsabiqə elan edib.
Şuradan XəzərNews.az-a verilən məlumata görə, müsabiqədə iştiraka dair tələblər aşağıdakılardır:
Namizəd Azərbaycan Respublikasının vətəndaşı olmalıdır;
- Namizəd ali təhsilli olmalıdır.
-Əvvəllər ağır və ya xüsusi ağır cinayətlərə, habelə ictimai mənəviyyat əleyhinə olan cinayətlərə görə məhkum edilmiş, habelə məhkumluğu ödənil­məmiş, fəaliyyət qabiliyyətsizliyi məhkəmə tərəfindən təsdiq olunmuş şəxslər müsabiqədə iştirak edə bilməzlər.

İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru vəzifəsinə namizədlər aşağıdakı sənədləri 12 aprel 2017-ci il tarixdən 22 aprel 2017-ci il tarixədək Milli Televiziya və Radio Şurasına (Ünvan: Bakı şəhəri, Nizami küçəsi 145, Əlaqə: 012 598 36 59) təqdim etməlidirlər:
1.Ərizə
2.Şəxsiyyət vəsiqəsinin surəti
3.Əmək kitabçasının surəti
4.Tərcümeyi-hal
5.Kadrların şəxsi uçot vərəqi
6.Ali təhsil haqqında dövlət sənədi
İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru vəzifəsinə namizədlər müəyyənləşdirildikdən sonra "İctimai Televiziya və Radio Yayımı haqqanda" Qanunun 20.1.3, 21.1-ci maddələrinin tələblərinə uyğun olaraq seçkinin keçirilməsi üçün namizədlərin sənədləri İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım Şurasına təqdim ediləcək.


Xatırladaq ki, İctimai Televiziya və Radio Yayımları Şirkətinin hazırki baş direktoru Cəmil Quliyev 2013-cü ildən bu vəzifədə çalışır.

Xəbər 2071 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +