İlham Əliyevə “Qarabağın fatehi” dedilər
Kahramanmaraşda “Azərbaycan Məhəlləsi”nin açılışı oldu
Separatçılara Yerevandan bağlamalar gəlir
Ata gizli telefon işlədən qızını öldürdü
Qərb İsrail-İran münaqişəsində dağıdıcı rol oynayır - Zaxarova
Ali Məclisə seçkiləri Prezident təyin edəcək
Bloger sevgilisinin 100 min dollarını ələ keçirdi
Həkim gənc qızın gözünü kor etdi
Sürücüyə 12 gündə 1 800 manat cərimə yazılıb
İran İsraildə xəstəxananı vurdu


09.06.2025  14:48 

Dönər kəskin bahalaşdı: Səbəbi bəllidir





A+  A-

Rusiya iaşə müəssisələrində klassik dönərin orta qiyməti bir il ərzində 39 faiz artaraq rekord həddə - 374 rubla çatıb.

Xəzərnews.az Publika.az-a istinadən xəbər verir ki, bu barədə “Gazeta.Ru” ölkədə məşhur yeməyin kəskin bahalaşması barədə restoran biznesinin avtomatlaşdırılması platforması “Quick Resto”nun məlumatlarına istinad edib.

Söhbət yeməyin klassik variantından - toyuqdan, tərəvəzdən və lavaşda sousdan gedir. Tədqiqat zamanı analitiklər ictimai iaşə obyektlərinin bütün formatlarında - küçə yeməkləri daşıyan maşınlardan tutmuş kafe və restoranlara qədər dönərin qiyməti ilə bağlı məlumatları təhlil ediblər.

Onun nəticələrinə görə, məlum olub ki, Rusiyada məşhur yeməyin orta qiyməti 105 rubl artıb. Bu, son üç ildə ölkədə dönərin qiymətində ən ciddi artım olub. Ekspertlər belə dinamikanı bir sıra amillərlə izah ediblər. Qiymətlərin kəskin artmasının əsas səbəbləri arasında inqrediyentlərin (toyuqdan başqa), logistika və kirayə qiymətlərinin nəzərəçarpacaq dərəcədə artımı var. Vəziyyətə HoReCa seqmentində (qonaqpərvərlik və iaşə) əmək haqqının indeksləşdirilməsi də təsir edib.

Yaxın vaxtlara qədər Rusiyada mağaza və restoran sahiblərinə öz standartlarına və qaydalarına uyğun olaraq dönər istehsal etməyə icazə verilirdi. Amma 2025-ci ildən bəri səlahiyyətlilər, bir sıra bazar oyunçularının narahatlığına səbəb olan yemək üçün GOST tətbiq etdilər.

Xəbər 1897 dəfə oxunub.




18.06.2025  15:06 

“Bazarstore” cərimələndi


BÜTÜN XƏBƏRLƏR +