Bakıda və Abşeronda leysan yağır
“Faktor Lizinq“ şirkətinin fəaliyyətində... - Şikayət
Aqşin Fatehin restoranı cərimələndi - VİDEO
Anasından oğurlayıb arvadına göndərdi
“Mehdiyevin işi üzrə bir çox şəxslər istintaqa cəlb edilib“ - Deputatdan açıqlama
Əli Kərimli həbsdə qaldı - Məhkəmə
ADDA ilə bp Azərbaycan arasında Əməkdaşlıq Sazişi imzalandı - Foto
Nazirliyin sabiq şöbə müdirinin milyonluq sərvəti - Siyahı
Ukrayna: Rusiya ordusunda intihar hallarının sayı 400-ə yaxınlaşır
İrandan idxal edilən konfetdə uyğunsuzluq aşkarlanıb


06.09.2022  08:40 

“Tərtər işi”: Daha bir hərbçinin işgəncələr nəticəsində öldüyü sübuta yetirilib





A+  A-

Xəbər verdiyimiz kimi, “Tərtər işi”ndə hərbçi Təmkin Nizamioğlunun da işgəncələr nəticəsində öldüyü istintaq tərəfindən sübuta yetirilib. Belə ki, onun meyiti ekshumasiya edilib və keçirilmiş məhkəmə-tibbi ekspertizasının rəyi ilə bu hal təsdiq olunub.

Leytenant Təmkin Nizamioğlu Tərtərdə N saylı hərbi hissədə çalışıb. Aprel döyüşlərinin iştirakçısı olub.

Təmkinin işgəncəyə məruz qalmasına gəlincə, bu, onun təlimdə olduğu baş verib. Belə ki, zabit təlimdən çağırılacaq Şırxarx qəsəbəsinə gətirilib və burada ona işgəncə edilib.
2017-ci ilin mayın 15-də isə ailəsinə Təmkinin öldüyü, cənazəsinin Ordubada göndərildiyi deyilib.

Bu zaman Təmkinin atası Nizami Quliyev dağda olub. O, yolda olduğunu, bir-iki saata evə çatacağını bildirib.

Buna baxmayaraq, Təmkinin atasını gözləməyiblər və hərbçini valideyninin iştirakı olmadan Ordubadın Darkənd kəndində dəfn ediblər. Ümumiyyətlə, dəfn prosesində tabutun açılmasına icazə verilməyib. Tabutun üzərində isə Təmkinin ürək çatışmazlığından vəfat etdiyi qeyd olunub.

Ailənin müraciətlərindən sonra isə Təmkin Nizamioğlunun pnevmaniya – kəskin ağciyər çatışmazlığından ölməsi haqda tibbi rəy verilib.

Qeyd edək ki, 2022-ci ilin mayın 11-də Təmkin Nizamioğlunun meyiti ekshumasiya olunub. Dövlət qurumlarının iştirakı ilə məzar açılan zaman, bədənin müxtəlif nahiyələrində sınıqlar aşkarlanıb. Onun küt alətlə döyüldüyü müəyyənləşdirilib. Maraqlısı və təəccüblüsü budur ki, hadisədən 5 il keçsə də, kəfən çürüsə də, Təmkinin nəşi çürüməyib, əzaları yerində olub. Bunun Təmkin Nizamioğlunun atası da təsdiqləyib./“Qafqazinfo”

Xəbər 3503 dəfə oxunub.




10.12.2025  14:46 

DTX casusları yaxaladı - Video

10.12.2025  12:52 

Sabahın havası açıqlandı

10.12.2025  12:18 

“Jasmin Park“da faciə - Video


BÜTÜN XƏBƏRLƏR +