Bakıda və Abşeronda leysan yağır
“Faktor Lizinq“ şirkətinin fəaliyyətində... - Şikayət
Aqşin Fatehin restoranı cərimələndi - VİDEO
Anasından oğurlayıb arvadına göndərdi
“Mehdiyevin işi üzrə bir çox şəxslər istintaqa cəlb edilib“ - Deputatdan açıqlama
Əli Kərimli həbsdə qaldı - Məhkəmə
ADDA ilə bp Azərbaycan arasında Əməkdaşlıq Sazişi imzalandı - Foto
Nazirliyin sabiq şöbə müdirinin milyonluq sərvəti - Siyahı
Ukrayna: Rusiya ordusunda intihar hallarının sayı 400-ə yaxınlaşır
İrandan idxal edilən konfetdə uyğunsuzluq aşkarlanıb


09.07.2022  14:34 

Millət vəkili Prezidentin Ramazan, YAP sədri isə Novruz bayramını təbrik etdi... - Foto





A+  A-

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev rəsmi facebook səhifəsindən Azərbaycan xalqını təbrik edib.

XəzərNews.az xəbər verir ki, Prezidentin təbrik statusuna cavab oalaraq yüzlərlə ölkə vətəndaşı xoş rəylər yazıblar.

Milli Cəbhə Partiyasının sədri, millət vəkili Razi Nurullayev isə Prezidentin Qurban bayramı təbrikinə cavab olaraq onun Ramazan bayramını təbrik edib.



R.Nurullayevin bu texniki səhvi sosial şəbəkələrdə ciddi müzakirə obyektinə çevrilib.

Prezidentin Qurban təbrikinə digər yanlış qarşılıq verən isə YAP Kəlbəcər rayon təşkilatını sədri Həbib Misirov olub. H.Misirov cavab rəyində Prezidenti Novruz bayramı münasibətilə təbrik edib. Lakin sonradan H.Misirov səhvini düzəldib.

Elnur Ağayev adlı başqa bir sosial şəbəkə istifadəçisi də Prezident İlham Əliyevi Ramazan bayramı münasibəti ilə təbrik edib.



Qeyd edək ki, bunlar işin texniki tərəfidir. Lakin ölkə Prezidentinin facebook səhifəsinin nəzarətsiz buraxılması, yanlış rəylər barədə tədbirlər görülməməsini isə ciddi təhlükəsizlik xətası hesab edirik. Düşünürük ki, dövlət başçısının sosial platformalardakı səhifəsi ciddi qorunmaqla yanaşı, həm də nəzarət altında olmalıdır.

Yusif Əli
XəzərNews.az


Xəbər 3243 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

10.12.2025  14:46 

DTX casusları yaxaladı - Video

10.12.2025  12:52 

Sabahın havası açıqlandı

10.12.2025  12:18 

“Jasmin Park“da faciə - Video


BÜTÜN XƏBƏRLƏR +