DSMF-nin gələnilki büdcəsi qəbul edildi
Qənimət Zahidovun məhkəməsi keçirilib
Sabunçuda yaşayış evində partlayış
Milli Məclisdə plenar iclas keçirilir
Banklar niyə bəzi valyutaları almır?
Heydərov yeni rəis əvəzi təyin etdi
Zalxa Osmanova vəzifəsindən azad edilib
Rusiyanın 115 milyard avrosu Ukraynaya verilir
Güllələnənən şəxs Mətanət Quliyevanın oğludur
Neftin qiyməti aşağı düşdü


07.07.2022  10:03 

Qadının başını balta ilə kəsib mağazaya atdı...





A+  A-

Yardımlı rayonunda dəhşətli qətl hadisəsi baş verib. Rayonun Ostayır kənd sakini Məmmədova Gülxar Əhməd qızı amansızcasına öldürülüb. Onun başı baltayla kəsilərək mağazaya atılıb.

Hadisə baş verəndən bir neçə saat sonra Yardımlı Rayon Polis şöbəsinin əməkdaşları şübhəli şəxs kimi Firqət Təvəkkül oğlu Məsdiyevi saxlayıblar.

Məlum olub ki, o, hadisəni toydan içkili vəziyyətdə çıxdıqdan sonra törədib.

Belə ki, Firqət qadının öz həyətyanı ərazisində işlətdiyi kiçik ərzaq, geyim mağazasına gələrək, ondan nisyə siqaret istəyib.

Ümumiyyətlə, son vaxtlar o, dəfələrlə nisyə siqaret və digər ərzaqlar üçün mağazaya gedirmiş. Lakin hər dəfə qadın etiraz edib, nisiyə mal verməyibmiş.

Bu dəfə də nisyə siqaret ala bilməyib və bundan qəzəblənən kişi qonşunun həyətindən balta götürərək onu amansızcasına öldürüb.

O, qadının başına baltayla üç zərbə endirib.

Əldə etdiyimiz məlumata görə, tüfeyli həyat tərzi keçirən Firqət narkotik istifadəçisi olub./Bakupost.az

* * *

Bildirilir ki, ötən gün kənddə toy məclisi olub və G.Məmmədova mağazasından bəzi məhsulları götürərək toy keçirilən evin qarşısında səyyar piştaxta qurub. Gecə saatlarında Firqət Gülxara yaxınlaşaraq ondan nisyə siqaret istəyib. 60 yaşlı qadın isə Firqətə daha əvvəl aldığı malların pulunu vermədiyini deyərək siqaret verməkdən imtina edib. Sərxoş halda olan 37 yaşlı şəxs bir qədər uzaqlaşaraq balta götürüb və qaranlıqda G.Məmmədovaya yaxınlaşaraq onun başına zərbələr endirib. Daha sonra o, qətlə yetirdiyi qadının meyitini sürüyərək yaxınlıqdakı dükana salıb və qapını bağlayıb. Firqət Məsdiyev daha sonra dükana gedən elektrik naqilini də qoparıb.

Gülxar Məmmədovanınn meyitini ilk olaraq toyda iştirak edən yeniyetmə oğlan görüb. Belə ki, toydan çıxıb şirniyyat və şirə almaq istəyən uşaq piştaxtaya yaxınlaşdıqda Gülxar Məmmədovanı yerində tapmayıb. O, daha sonra yaxınlıqdakı dükana gedib və pəncərədən baxdıqda qadının qan içində qalmış meyitini görərək təşviş yaşayıb. Yeniyetmə oğlan qaça-qaça toyun keçirildiyi həyətə gəlib və meyit haqda hay salıb. Bundan sonra məclisdəki insanlar dükana tərəf axışıb və toy yarımçıq saxlanılıb.

Xəbər 3582 dəfə oxunub.




09.12.2025  10:06 

Neftin qiyməti aşağı düşdü

08.12.2025  18:45 

Ərdoğan Viktor Orbanla görüşüb

08.12.2025  18:32 

DSX-nin kapitanı həbs edildi

08.12.2025  17:51 

ASCO-da seminar keçirilib - Foto

08.12.2025  16:39 

Təyyarə qəzası...-Ölənlər var


BÜTÜN XƏBƏRLƏR +