Bakıda və Abşeronda leysan yağır
“Faktor Lizinq“ şirkətinin fəaliyyətində... - Şikayət
Aqşin Fatehin restoranı cərimələndi - VİDEO
Anasından oğurlayıb arvadına göndərdi
“Mehdiyevin işi üzrə bir çox şəxslər istintaqa cəlb edilib“ - Deputatdan açıqlama
Əli Kərimli həbsdə qaldı - Məhkəmə
ADDA ilə bp Azərbaycan arasında Əməkdaşlıq Sazişi imzalandı - Foto
Nazirliyin sabiq şöbə müdirinin milyonluq sərvəti - Siyahı
Ukrayna: Rusiya ordusunda intihar hallarının sayı 400-ə yaxınlaşır
İrandan idxal edilən konfetdə uyğunsuzluq aşkarlanıb


24.11.2021  10:00 

“İrəvan Bakının bunu etməməsi üçün hər şeyi edəcək”





A+  A-

Əgər bu görüş məhbusların qaytarılması məsələsini həll edərsə, Ermənistan noyabrın 9-da onlayn görüşə hazır idi. Bu gözlənilmədiyi üçün görüşün vaxtının dəyişdirilməsi “təklif olundu”.

Bunu noyabrın 23-də Ermənistanın Baş naziri Nikol Paşinyan onlayn mətbuat konfransında deyib.

Onun sözlərinə görə, o, görüşün noyabrın 15-nə təxirə salınmasını təklif etsə də, görüşün noyabrın 26-da üzbəüz keçirilməsi təklif olunub.

Paşinyan iki ölkənin müdafiə nazirləri arasında birbaşa əlaqənin yaradılmasına münasibət bildirərkən deyib ki, Ermənistan Azərbaycanla birbaşa təmaslardan yayınmayıb və bundan yayınmır.

"Bu, "təxribat"ı kimin törətdiyini müəyyən etməyə imkan verəcək", - o bildirib.

Dekabrın 15-də Brüsseldə keçiriləcək görüşə toxunaraq, o qeyd edib ki, “humanitar məsələlər, o cümlədən məhbuslar” müzakirə olunacaq.

Noyabrın 26-da Soçidə keçiriləcək görüşə gəlincə, ona hazırlıq çoxdan gedir, Paşinyan deyib. Böhranların qarşısını almaq üçün Ermənistan və Azərbaycan nümayəndələri arasında təmaslar daha tez-tez olmalıdır.

Daha sonra Paşinyan Azərbaycanı “Zəngəzur dəhlizi” mövzusunu irəli sürərək kommunikasiyaların bloklanması üzrə danışıqları pozmağa çalışmaqda ittiham edib. “İrəvan Bakının bunu etməməsi üçün hər şeyi edəcək”, - o bildirib.

Paşinyanın sözlərinə görə, sərhədin demarkasiyası və delimitasiyası, Qarabağ problemi, kommunikasiyaların açılması ayrı məsələlərdir ki, onlar ayrıca müzakirə olunmalıdır.

Daha sonra Paşinyan mühüm etiraf etdi ki, 1991-ci ildə Ermənistan və Azərbaycan MDB-nin yaradılması prosesində və bəyannamə və dövlətlərarası saziş imzalayaraq “qarşılıqlı olaraq ərazi bütövlüyünü tanıyıblar”.

“O zaman Qarabağ problemi də var idi. Sual olunur: Qarabağ problemi ərazi problemidirmi? Bizim anlayışımıza görə, bu, huquq məsələdir”, - Paşinyan izah edib.

Kommunikasiyaların açılmasına gəlincə, yollar ölkələrin suverenliyi və ərazi bütövlüyü çərçivəsində işləyəcək və yollardan paritet istifadə oluna bilər, - Paşinyan dedi. (Turan İA)

Xəbər 3504 dəfə oxunub.




10.12.2025  14:46 

DTX casusları yaxaladı - Video

10.12.2025  12:52 

Sabahın havası açıqlandı

10.12.2025  12:18 

“Jasmin Park“da faciə - Video


BÜTÜN XƏBƏRLƏR +