Bakıda və Abşeronda leysan yağır
“Faktor Lizinq“ şirkətinin fəaliyyətində... - Şikayət
Aqşin Fatehin restoranı cərimələndi - VİDEO
Anasından oğurlayıb arvadına göndərdi
“Mehdiyevin işi üzrə bir çox şəxslər istintaqa cəlb edilib“ - Deputatdan açıqlama
Əli Kərimli həbsdə qaldı - Məhkəmə
ADDA ilə bp Azərbaycan arasında Əməkdaşlıq Sazişi imzalandı - Foto
Nazirliyin sabiq şöbə müdirinin milyonluq sərvəti - Siyahı
Ukrayna: Rusiya ordusunda intihar hallarının sayı 400-ə yaxınlaşır
İrandan idxal edilən konfetdə uyğunsuzluq aşkarlanıb


28.03.2021  09:27 

“COVAX öz səmərəsizliyini nümayiş etdirir” - Politoloq





A+  A-

"COVID-19 vaksinərinin istehsalı və paylanması ilə bağlı vəziyyət həddən artıq siyasiləşdirilib. Artıq heç kimdə şübhə doğurmur ki, bəzi ölkələr eqoist siyasət yürüdərək çoxlu sayda vaksin əldə edir, bəzi ölkələrə isə preparat çatmır".
XəzərNews.az xəbər verir ki, bunu Trend-ə politoloq, "Cənubi Qafqaz" politoloqlar kubunun rəhbəri İlqar Vəlizadə deyib.

O bildirib ki, bu fakt hiddət doğurur: "Özü də ötən il Azərbaycanın təşəbbüsü ilə BMT Baş Assambleyasının xüsusi sessiyası keçirilib və bu sessiyada vaksinlərin ədalətli paylanması məsələsi müzakirə olunub. Ölkələr inkişaf etməkdə olan dövlətlərə kömək etmək üçün öhdəlik götürüb, amma bu öhdəliklər icra olunmur. Elə ölkələr var ki, ümumiyyətlə vaksin əldə etməyib".

Politoloqun sözlərinə görə, digər tərəfdən, aparıcı ölkələr öz ərazilərində istehsal olunan vaksinlərin digər dövlətlərə tədarük olunmayacağını açıq-aşkar elan edir:

"Xüsusilə, ABŞ Avropaya vaksin göndərməkdn imtina edib. Böyük Britaniya Avropa İttifaqına bir dənə də vaksin tədarük etməyib, amma Aİ ölkələrindən Böyük Britaniyaya əhəmiyyətli sayda "AstraZeneca" vaksini göndərilib. Bu da onu göstərir ki, aparıcı dövlətlər vaksinlərin ədalətli paylanması məsələsinə gəldikdə kifayət qədər ziddiyyətli siyasət yürüdür. COVAX bu siyasətin girovuna çevrilib və bu gün bu struktur özünün səmərəsizliyini, əsas məsələləri həll etmək bacarıqsızlığını nümayiş etdirir. Bu onu göstərir ki, ÜST-ün fəaliyyəti barədə tənqidlər əsaslıdır".

O əlavə edib ki, hazırkı vəziyyətdə ikili standartlarla analogiya ağla gəlir:

"Adətən biz deyirdik ki, ikili standartlar siyasi fəaliyyətə tətbiq olunur və qəbuledilməzdir. Amma indiki halda ikili standartlar humanitar siyasət və humanitar dəyərlərlə münasibətdə tətbiq olunur".



Xəbər 3392 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

10.12.2025  14:46 

DTX casusları yaxaladı - Video

10.12.2025  12:52 

Sabahın havası açıqlandı

10.12.2025  12:18 

“Jasmin Park“da faciə - Video


BÜTÜN XƏBƏRLƏR +