Bakıda və Abşeronda leysan yağır
“Faktor Lizinq“ şirkətinin fəaliyyətində... - Şikayət
Aqşin Fatehin restoranı cərimələndi - VİDEO
Anasından oğurlayıb arvadına göndərdi
“Mehdiyevin işi üzrə bir çox şəxslər istintaqa cəlb edilib“ - Deputatdan açıqlama
Əli Kərimli həbsdə qaldı - Məhkəmə
ADDA ilə bp Azərbaycan arasında Əməkdaşlıq Sazişi imzalandı - Foto
Nazirliyin sabiq şöbə müdirinin milyonluq sərvəti - Siyahı
Ukrayna: Rusiya ordusunda intihar hallarının sayı 400-ə yaxınlaşır
İrandan idxal edilən konfetdə uyğunsuzluq aşkarlanıb


11.03.2019  10:21 

Azərbaycanın “Eurovision”dakı yeri - Onluqda yoxuq





A+  A-

Məlum olduğu kimi, Azərbaycanı may ayında Təl-Əvivdə keçirilən “Eurovision” mahnı müsabiqəsində müğənni Çingiz Mustafayev təmsil edəcək. “Truth” mahnısının müəllifi məhşur avstriyalı-bolqar bəstəkar Borislav Milanov, Trey Campbell, Bo J, Pablo Dinero, Hostess, eləcə də Çingizin adı var. Bu məqamda bildirək ki, mahnı 7 fevrala kimi İTV-yə edilən 350-dən artıq müraciətin arasından seçilib.
XəzərNews.az xəbər verir ki, Mustafayevin mahnısı “Eurovision”un rəsmi “Youtube” səhifəsində 3 gün ərzində 394 min baxış toplayıb, 4 mində çox şərh yazılıb. Ekran işini 15 min sosial şəbəkə istifadəçisi bəyənib. Bununla da, “Eurovision- 2019”da təqdim edilən layihələr arasında baxış sayına görə top 10-luqdadır.

Ukrayna heyəti tərəfindən ərsəyə gələn layihə Avropa mətbuatının da diqqətindən yayınmayıb. Çingizin klipi müzakirələrə çıxarılıb, bloqqerlər tərəfidən video hazırlanaraq “Youtube” səhifəsələrinə yerləşdirilib.

Bukmeykerlərin proqnozuna əsasən, Azərbaycanın bu il finala keçəcəyi ehtimal edilir. Çingiz ifasına görə, hazırda siyahıda 15-ci yerdədir.

Həmçinin, Ukrayna komandası Çingizin instaqram səhifəsində də dəyişiklik edib. Onun bütün fotoları arxivə atılıb, şəkillər Çingiz Mustafayevin fan səhifəsinə yerləşdirilib.

Rəsmi səhifəsidə isə cəmi 4 paylaşım edilib. Milli nümayəndə heyətimiz “İnfe Azerbaijan”a açıqlamasında məsələyə aydınlıq gətirib: “Çingiz Mustafayev müsabiqə üçün artistik yanaşmasını dəyişib, öz tərzinə dəyişiklik edərək əsas ehtirası olan flamenko və gitarasından da uzaqlaşıb. Buna görə də, Instagram hesabını yenidən qurmaq məntiqi bir addımdır”.

Xəbər 3170 dəfə oxunub.




10.12.2025  14:46 

DTX casusları yaxaladı - Video

10.12.2025  12:52 

Sabahın havası açıqlandı

10.12.2025  12:18 

“Jasmin Park“da faciə - Video


BÜTÜN XƏBƏRLƏR +