Bakıda və Abşeronda leysan yağır
“Faktor Lizinq“ şirkətinin fəaliyyətində... - Şikayət
Aqşin Fatehin restoranı cərimələndi - VİDEO
Anasından oğurlayıb arvadına göndərdi
“Mehdiyevin işi üzrə bir çox şəxslər istintaqa cəlb edilib“ - Deputatdan açıqlama
Əli Kərimli həbsdə qaldı - Məhkəmə
ADDA ilə bp Azərbaycan arasında Əməkdaşlıq Sazişi imzalandı - Foto
Nazirliyin sabiq şöbə müdirinin milyonluq sərvəti - Siyahı
Ukrayna: Rusiya ordusunda intihar hallarının sayı 400-ə yaxınlaşır
İrandan idxal edilən konfetdə uyğunsuzluq aşkarlanıb


17.04.2018  09:56 

Vergilər Nazirliyi banklara yoxlama aləti təqdim edib





A+  A-

Vergilər Nazirliyi dövlət satınalma əməliyyatlarına nəzarət etmək məqsədilə banklara yoxlama aləti təqdim edib.
Azərbaycan Banklar Assosiasiyasından (ABA) XəzərNews.az-a bildiriblər ki, qurumun "Komplayens" üzrə ekspert qrupunun iclasında dövlət satınalma əməliyyatlarına nəzarət etmək məqsədilə Vergilər Nazirliyinə rəsmi müraciətin müsbət qarşılanması və Vergilər Nazirliyinin banklara təqdim etdiyi yoxlama aləti, "Valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər tərəfindən valyuta mübadiləsi əməliyyatlarının aparılması" qaydasına dair məsələlər müzakirə edilib.

Həmçinin iclasda zamanı "NBC Bank" ASC, "Bank Avrasiya" ASC və "GünayBank" ASC-nin nümayəndələrinin "Komplayns” ekspert qrupuna daxil edilməsi məsələsinə baxılıb.

Qeyd edək ki, ABA 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 29 bank və 3 qeyri-bank təşkilatı ABA-nın üzvüdür

Xəbər 3475 dəfə oxunub.




10.12.2025  14:46 

DTX casusları yaxaladı - Video

10.12.2025  12:52 

Sabahın havası açıqlandı

10.12.2025  12:18 

“Jasmin Park“da faciə - Video


BÜTÜN XƏBƏRLƏR +