11.02.2017 15:04
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev yanvarın 1-dən etibarən məcburi köçkün və onlara bərabər tutulan şəxslər üçün 36 manat məbləğində vahid aylıq müavinət müəyyən edilməsilə bağlı fərman imzalayıb. Məsələ burasındadır ki, qazlaşdırılmayan ərazilərdə məskunlaşan məcburi köçkünlər üçün müəyyən dərəcədə problem yaranıb. Belə ki, ərazidə qazlaşdırılma aparılmadığından vətəndaşlar yalnız elektrik enerjisindən istifadə etmək məcburiyyətində qalırlar ki, bu da kommunal xidmət ödənişlərinin artımına səbəb olur.
XəzərNews.az xəbər verir ki, məsələ ilə bağlı “Azəriqaz” İstehsalat Birliyinin (İB) mətbuat xidmətinin rəhbəri İbrahim Kərbalayev Modern.az-a ölkə başçısının fərmanından irəli gələn məsələlərin planlı şəkildə icra olunmağa başladığını bildirib:
“Ümumilikdə 11 rayon üzrə sayğac quraşdırılması işləri gedir. Bu günə qədər 530 mənzildə sayğac quraşdırılıb, qalanlarının da mərhələli şəkildə quraşdırılması təmin ediləcək”.
“Azəriqaz” rəsmisi qeyd edib ki, gələcəkdə qazlaşdırılmayan ərazilərin mavi yanacaqla təmin olunması nəzərdə tutulub:
“Bildiyiniz kimi, aylıq müavinətlər təyin olunana qədər məcburi köçkünlərə qış aylarında 45 kubmetr, yaz-payız aylarında 35 kubmetr qaz limiti hesablanırdı. Artıq vahid aylıq müavinət ayrılıb. Vətəndaşlarımız istifadə etdikləri kommunal xidmət haqlarını özləri ödəyəcək. Bunun üçün “Azəriqaz” İstehsalat Birliyi fərmandan irəli gələn bütün məsələlərin vaxtında icra olunması üçün işlərə başlayıb.
Məcburi köçkünlərin yaşadıqları düşərgələrdə hər bir mənzilə fərqi qaydada qaz sayğacının quraşdırılması həyata keçirilir. Əvvəl kompakt şəkildə-bir sayğacdan bir neçə mənzildə istifadə edilir və limit onlar arasında bölünürdüsə, indi hər mənzilə fərdi qaydada sayğacın quraşdırılması təmin edilir. Gələcəkdə plana uyğun olaraq da qaz olmayan ərazilərin qazlaşdırılması tərəfimizdən təmin ediləcək”.
|
|
10.12.2025 17:39
10.12.2025 17:08
10.12.2025 16:27
10.12.2025 16:21
10.12.2025 16:14
10.12.2025 15:48
ADDA ilə bp Azərbaycan arasında Əməkdaşlıq Sazişi imzalandı - Foto
10.12.2025 15:39
10.12.2025 15:22
Ukrayna: Rusiya ordusunda intihar hallarının sayı 400-ə yaxınlaşır
10.12.2025 15:12
10.12.2025 14:55
10.12.2025 14:51
10.12.2025 14:46
10.12.2025 14:14
Fətullayevdən məmurlara: Niyə oturduğunuz gəmini batırırsız?
10.12.2025 13:37
10.12.2025 13:37
Gəncədə İcra Hakimiyyətinin işçiləri itləri zəhərləyib -VİDEO
10.12.2025 13:35
10.12.2025 13:26
10.12.2025 13:16
10.12.2025 13:02
Faiz endiriminin sadə vətəndaşa, biznesə təsiri varmı? - RƏY
10.12.2025 12:57
10.12.2025 12:52
10.12.2025 12:50
DOST icarəyə görə Vəliyevaya 5 milyon 241 min 600 manat ödəyəcək
10.12.2025 12:50
10.12.2025 12:49
10.12.2025 12:27
10.12.2025 12:18
10.12.2025 12:16
10.12.2025 12:12
10.12.2025 11:53
10.12.2025 11:49
10.12.2025 11:47
10.12.2025 11:46
10.12.2025 11:42
10.12.2025 11:09
10.12.2025 10:58