Bakıda və Abşeronda leysan yağır
“Faktor Lizinq“ şirkətinin fəaliyyətində... - Şikayət
Aqşin Fatehin restoranı cərimələndi - VİDEO
Anasından oğurlayıb arvadına göndərdi
“Mehdiyevin işi üzrə bir çox şəxslər istintaqa cəlb edilib“ - Deputatdan açıqlama
Əli Kərimli həbsdə qaldı - Məhkəmə
ADDA ilə bp Azərbaycan arasında Əməkdaşlıq Sazişi imzalandı - Foto
Nazirliyin sabiq şöbə müdirinin milyonluq sərvəti - Siyahı
Ukrayna: Rusiya ordusunda intihar hallarının sayı 400-ə yaxınlaşır
İrandan idxal edilən konfetdə uyğunsuzluq aşkarlanıb


01.12.2025  17:47 

Hüquq müdafiəçisi: Türkiyənin Gültəkini Azərbaycana verməsi...





A+  A-

Gültəkin Hacıbəylinin Türkiyədən deportasiyası, yəni Azərbaycana verilməsi ilə bağlı müxtəlif ittihamlar səsləndirilsə də, məsələ ilk növbədə hüquqi müstəvidə qiymətləndirilməlidir. Bu kontekstdə ən vacib məqam ondan ibarətdir ki, bir dövlətin ərazisində yaşamaq icazəsinə malik olmaq siyasi sığınacaq üçün müraciət etmiş sayılmaq anlamına gəlmir.

XəzərNews.az Axar.az-a istinadla xəbər verir ki, bunu Almaniyada yaşayan tanınmış hüquq müdafiəçisi Əlövsət Əliyev deyib.

“2 illik (və ya istənilən müddətli) oturum icazəsi immiqrasiya hüququnun inzibati mexanizmidir, siyasi sığınacaq isə beynəlxalq hüququn və qaçqın statusunun tənzimlənməsi ilə bağlı ayrıca bir institutdur. Bu iki anlayış hüquqi baxımdan bir-birindən tam fərqlənir.

Əgər Gültəkin Hacıbəyli Türkiyədə siyasi sığınacaq üçün rəsmi müraciət etməyibsə, onun başqa bir dövlətin sorğusu əsasında deportasiya olunması mövcud beynəlxalq və milli hüquqi prosedurlar çərçivəsində həyata keçirilmiş addım kimi qiymətləndirilə bilər. Bu halda həmin prosesi avtomatik olaraq insan hüquqlarının pozulması kimi təqdim etmək hüquqi baxımdan mübahisəlidir və əsaslandırılmamışdır.

Bənzər hüquqi durum vaxtilə Hüseyn Abdullayev məsələsində də müşahidə olunmuşdur. O da Türkiyədə siyasi sığınacaq üçün rəsmi müraciət etmədiyi üçün nəticə etibarilə Azərbaycana təhvil verilmişdir.

Digər tərəfdən, əgər Gültəkin Hacıbəyli Türkiyədə rəsmi şəkildə siyasi sığınacaq üçün müraciət etmiş olsaydı, beynəlxalq hüququn “geri göndərməmə” (non-refoulement) prinsipi əsas götürülərək, onun işi üzrə yekun hüquqi qərar qəbul edilənədək deportasiya edilməsi mümkün olmazdı.

Bu səbəbdən sözügedən məsələ emosional yanaşmalar və siyasi simpatiyalar əsasında deyil, qüvvədə olan hüquqi normalar və prosedurlar çərçivəsində dəyərləndirilməlidir”, - Əliyev bildirib.

Qeyd edək ki, Türkiyədə saxlanılan Milli Şuranın üzvü, sabiq deputat Gültəkin Hacıbəyli bu gün səhər saatlarında Azərbaycana deport edilib.

Xəbər 479 dəfə oxunub.




10.12.2025  14:46 

DTX casusları yaxaladı - Video

10.12.2025  12:52 

Sabahın havası açıqlandı

10.12.2025  12:18 

“Jasmin Park“da faciə - Video


BÜTÜN XƏBƏRLƏR +