DSMF-nin gələnilki büdcəsi qəbul edildi
Qənimət Zahidovun məhkəməsi keçirilib
Sabunçuda yaşayış evində partlayış
Milli Məclisdə plenar iclas keçirilir
Banklar niyə bəzi valyutaları almır?
Heydərov yeni rəis əvəzi təyin etdi
Zalxa Osmanova vəzifəsindən azad edilib
Rusiyanın 115 milyard avrosu Ukraynaya verilir
Güllələnənən şəxs Mətanət Quliyevanın oğludur
Neftin qiyməti aşağı düşdü


16.11.2025  12:23 

Azərbaycan-Mərkəzi Asiya əməkdaşlığında yeni mərhələ





A+  A-

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Daşkəndə işgüzar səfəri çərçivəsində Mərkəzi Asiya Dövlət Başçılarının “Mərkəzi Asiya + Azərbaycan” formatında keçirilən 7-ci Məşvərət görüşündə iştirakı ölkəmizin regiondakı strateji əməkdaşlıq xəttinin növbəti mühüm səhifəsini təşkil edir. Prezident İlham Əliyevin Konqres Mərkəzinə gəlişi zamanı Özbəkistan Respublikasının Prezidenti cənab Şavkat Mirziyoyev tərəfindən xüsusi səmimiyyət və ali protokol qaydaları ilə qarşılanması Azərbaycan–Özbəkistan münasibətlərinin yüksək dostluq və qardaşlıq səviyyəsinin bariz göstəricisidir.

Bu formatda keçirilən Məşvərət Görüşü təkcə siyasi dialoq platforması deyil, həm də regionda sülh, təhlükəsizlik, iqtisadi inkişaf və qarşılıqlı etimadı gücləndirməyə xidmət edən strateji əməkdaşlıq modelidir. Azərbaycan Respublikasının bu təşəbbüslərdə fəal iştirakı Mərkəzi Asiya ölkələri ilə çoxşaxəli tərəfdaşlığın genişlənməsinə və dərinləşməsinə mühüm töhfə verir.



Özbəkistanda fəaliyyət göstərən Azərbaycan diasporu olaraq biz bu görüşün həm tarixi, həm də geosiyasi əhəmiyyətini yüksək qiymətləndiririk. Dövlət başçılarının bu formatda bir araya gəlməsi, ölkələr arasında nəqliyyat-logistika imkanlarının genişləndirilməsi, enerji əməkdaşlığının möhkəmləndirilməsi, mədəni-humanitar əlaqələrin yeni səviyyəyə yüksəldilməsi baxımından mühüm perspektivlər açır. Azərbaycan və Özbəkistan arasında möhkəm dostluq münasibətləri bu əməkdaşlığın əsas dayaq nöqtələrindən biridir.

Prezident İlham Əliyevin Daşkənddə yüksək səviyyədə qarşılanması, ölkələrimiz arasında strateji tərəfdaşlığın və qardaşlıq bağlarının daha da dərinləşdiyini bir daha təsdiqləyir. Özbəkistan Prezidenti cənab Şavkat Mirziyoyevin Azərbaycan dövlət başçısına göstərdiyi xüsusi diqqət və ehtiram, iki ölkə liderləri arasında formalaşmış səmimi münasibətlərin davamı olaraq, dövlətlərimizin uzunmüddətli əməkdaşlıq perspektivlərinə güclü stimul verir.



Diaspor təşkilatı olaraq biz bu strateji görüşü bölgəmizin sabitliyi, iqtisadi inkişafı və qarşılıqlı hörmətə əsaslanan siyasi əməkdaşlığın möhkəmləndirilməsi baxımından mühüm addım hesab edirik. RAzMMM olaraq fəaliyyətimizin prioriteti—Azərbaycan və Özbəkistan arasında qardaşlıq körpüsünün daha da möhkəmləndirilməsi, mədəni, ictimai və humanitar əməkdaşlığın dərinləşdirilməsi və hər iki xalq arasında dostluq münasibətlərinin inkişafına töhfə verməkdir.

Bu səfərin və Məşvərət Görüşünün nəticələri, şübhəsiz ki, regionda inteqrasiya proseslərini daha da sürətləndirəcək, yeni əməkdaşlıq istiqamətləri yaradacaq və Azərbaycan–Mərkəzi Asiya münasibətlərinə yeni dinamizm gətirəcək.

Mobil Məmmədov
Özbəkistanda RAzMMM
İdarə Heyətinin sədri



Xəbər 1797 dəfə oxunub.




09.12.2025  10:06 

Neftin qiyməti aşağı düşdü

08.12.2025  18:45 

Ərdoğan Viktor Orbanla görüşüb

08.12.2025  18:32 

DSX-nin kapitanı həbs edildi

08.12.2025  17:51 

ASCO-da seminar keçirilib - Foto

08.12.2025  16:39 

Təyyarə qəzası...-Ölənlər var


BÜTÜN XƏBƏRLƏR +