Bakıda və Abşeronda leysan yağır
“Faktor Lizinq“ şirkətinin fəaliyyətində... - Şikayət
Aqşin Fatehin restoranı cərimələndi - VİDEO
Anasından oğurlayıb arvadına göndərdi
“Mehdiyevin işi üzrə bir çox şəxslər istintaqa cəlb edilib“ - Deputatdan açıqlama
Əli Kərimli həbsdə qaldı - Məhkəmə
ADDA ilə bp Azərbaycan arasında Əməkdaşlıq Sazişi imzalandı - Foto
Nazirliyin sabiq şöbə müdirinin milyonluq sərvəti - Siyahı
Ukrayna: Rusiya ordusunda intihar hallarının sayı 400-ə yaxınlaşır
İrandan idxal edilən konfetdə uyğunsuzluq aşkarlanıb


03.10.2025  23:37 

Partiya sədri: “AYNA rəhbərliyi heç kimi saymır“





A+  A-

"AYNA-nın İdarə Heyətinin sədri Anar Rzayevin 1 milyonluq villa alması haqda xəbər cəmiyyətdə geniş ajiotaj yaradıb. Bunun ardınca AYNA-nın tabeliyində olan “AzParking” şirkətinin bələdçisi Kənan İlyasov sosial şəbəkə hesabında ölkə başçısına, DTX və DİN rəhbərliyinə videomüraciət edib. O işdəki nöqsanları işıqlandırdığı üçün təhdid edildiyini bildirib. Nəhayət ki, fəaliyyəti əhali arasında narazılıq yaratmağa yönələn qurum içindən “partladı”.

XəzərNews.az xəbər verir ki, bu barədə açıqlama ilə Ədalət Partiyasının sədri Mütəllim Rəhimli çıxış edib.

"Sanki AYNA qarşısına məqsəd qoymuşdu ki, insanların əsəbləri ilə oynasın, onların etirazlarını körükləsin. Bunu bir tərəfdən özbaşınalıq, digər tərəfdən vəzifədən sui-istifadə edərək mənimsəmə və həmçinin bilərəkdən narazılıq yaratmaq kimi qiymətləndirmək olar",- deyə M.Rəhimli bildirib.

Partiya sədri qeyd edib ki, AYNA rəhbərliyi heç kimi saymır, istədiyi yerə parklanma xətləri çəkib parkink aparatları yerləşdirib:

"Bu qurum insanların həyətlərini də zəbt edib. Ev sahiblərinin qeydiyyatları olmadığına görə, “göz yaşlarına” baxmırdı, adamların üzünə dururdu ki, mənə görə sən burada yaşamırsan, rayonda, yaxud başqa yerdə yaşayırsan. Nə olsun ki, bu ev sənin adınadır, nə olsun ki, sən ailənlə burada qalırsan. Nə evlərin çıxarışlarına, nə MİS-lərin arayışına məhəl qoymurdu. 2020-ci il parlament seçkilərində məntəqə üzvünün dünyasını dəyişmiş seçici haqqında dediyi kimi, o sənin üçün ölüb, bizim üçün diridir, fikrinin AYNA-nın fəaliyyətinə proyeksiyasını gördük.

Təsəvvür edin ki, İdarə Heyətinin sədri nə qədər mənimsəmə edib ki, özünə bir milyonluq villa alıb. Bu üzə çıxanıdır, arxada nələr olduğunu təsəvvür etmək adamı heyrətə gətirir. Bu adam cəzasızlığına nə qədər əmin olub ki, bir dəfə də olsun AYNA-nın gəlirləri və xərcləri haqqında məlumat verməyi özünə sığışdırmayıb. Bu azmış kimi avtomobil sahibləri öz maşınlarını rəsmi “parkovka” etdikləri halda onlara cərimə yazmaqdan da çəkinməyib. Həm “parkovka” üçün pul ödəyirsən, həm də üstəlik cərimə də edirlər".

Sədr bildirib ki, həyətlərdə, məhəllə arası yollarda parklanmanın ödənişli edilməsi isə AYNA rəhbərliyinin məqsədli, düşünülmüş fəaliyyətidir:

"Lazım olmayan yerlərdə, dəhşətli tıxaca səbəb olan qısa yollarda avtobus xətlərinin çəkilməsi, yaxud yolun bir hissəsini ağılsızcasına velosipedlərin hərəkət hissəsinə ayırmaqla qalan hissəsini boş saxlayaraq burada hərəkəti qadağan etməsinə nə ad vermək olar. Bu naşılıq deyil, tamamilə cəmiyyətdə narazılıq yaratmağa hesablanıb, başqa ad vermək olmur".


Xəbər 5149 dəfə oxunub.




10.12.2025  14:46 

DTX casusları yaxaladı - Video

10.12.2025  12:52 

Sabahın havası açıqlandı

10.12.2025  12:18 

“Jasmin Park“da faciə - Video


BÜTÜN XƏBƏRLƏR +