Bakıda və Abşeronda leysan yağır
“Faktor Lizinq“ şirkətinin fəaliyyətində... - Şikayət
Aqşin Fatehin restoranı cərimələndi - VİDEO
Anasından oğurlayıb arvadına göndərdi
“Mehdiyevin işi üzrə bir çox şəxslər istintaqa cəlb edilib“ - Deputatdan açıqlama
Əli Kərimli həbsdə qaldı - Məhkəmə
ADDA ilə bp Azərbaycan arasında Əməkdaşlıq Sazişi imzalandı - Foto
Nazirliyin sabiq şöbə müdirinin milyonluq sərvəti - Siyahı
Ukrayna: Rusiya ordusunda intihar hallarının sayı 400-ə yaxınlaşır
İrandan idxal edilən konfetdə uyğunsuzluq aşkarlanıb


21.03.2024  17:03 

Ceyhun Bayramov Endryu Boui ilə görüşüb





A+  A-

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Brüsseldə Nüvə Enerjisi Sammitində iştirakı çərçivəsində Birləşmiş Krallığın Enerji Təhlükəsizliyi və Sıfır Emissiya Nazirliyində nüvə enerjisi və alternativ enerji üzrə dövlət naziri Endryu Boui ilə görüşüb.

Bu barədə Xəzərnews.az-a Xarici İşlər Nazirliyindən məlumat verilib.

Görüş zamanı Azərbaycanın enerji təhlükəsizliyinə verdiyi töhfə, iki ölkə arasında bu istiqamətdə əməkdaşlığın müxtəlif istiqamətləri, eləcə də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində tədbirlər və layihələr müzakirə olunub.

Azərbaycanla Birləşmiş Krallıq arasında qarşılıqlı hörmət və faydalı əməkdaşlığa əsaslanan ikitərəfli tərəfdaşlıq münasibətlərinin inkişafına önəm verildiyi vurğulanıb. Bu strateji münasibətlərin daha da möhkəmləndirilməsi üçün səylərin birləşdirilməsinin vacibliyi diqqətə çatdırılıb.

Tərəflər neft və qaz hasilatı və ixracı sahəsində uzun illər aparılan strateji əməkdaşlıq ilə yanaşı, iki ölkə arasında alternativ enerji sahəsində geniş əməkdaşlıq perspektivlərinin olduğunu vurğulayıblar.

Görüşdə Azərbaycanın günəş və külək enerjisi istehsalı üzrə geniş potensialından və hal-hazırda icra olunan layihələrdən, Yaşıl Enerji Zonalarının yaradılması işlərindən bəhs olunub. BP şirkəti ilə birgə həyata keçirilən 240 MVt gücündə günəş elektrik stansiyası layihəsi üzrə işlər nəzərdən keçirilib.

Görüş zamanı Nazir Ceyhun Bayramov ölkəmizin COP29 sədrliyi üzrə planları və prioritetləri barədə qarşı tərəfə ətraflı məlumat təqdim edib. İqlim dəyişikliyi ilə mübarizə sahəsində birgə səylərin əhəmiyyəti qeyd olunub.

Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Xəbər 2891 dəfə oxunub.




10.12.2025  14:46 

DTX casusları yaxaladı - Video

10.12.2025  12:52 

Sabahın havası açıqlandı

10.12.2025  12:18 

“Jasmin Park“da faciə - Video


BÜTÜN XƏBƏRLƏR +