2026-cı ildən hibrid avtomobillər bahalaşacaqmı?
Prezident və xanımı BMT-nin mənzil qərargahına gəlib
Sürücülərdə bu vərdiş qəza riskini 20 dəfə artırır
Abşeronda elektrik açarını hansı qurum “oğurlayıb” ?
Nigar Fərhadın təhsil şirkətində dələduzluq
Azyaşlıya qarşı əxlaqsızlıq edərək çəkiliş edən qohumla bağlı qərar
Adnan Əhmədzadənin vəkili işdən çıxarıldı
“Rahat“ supermarketləri bağlanır? -İDDİA
AİBNDX öz keçirdiyi tenderi özü ləğv edib
Ankara Bələdiyyəsinə qarşı əməliyyat keçirildi


22.09.2025  14:32 

Azərbaycan musiqiçiləri Berlin Klassik Musiqi Müsabiqəsində uğur qazanıblar





A+  A-

Berlin Klassik Musiqi Müsabiqəsi 2025-in nəticələri açıqlanıb. Azərbaycanlı pianoçu Eldəniz Ələkbərzadə fortepiano kateqoriyasında birinci mükafata, fleytaçı Ağarahim Quliyev isə “Duo Avey” ilə birlikdə fleyta üzrə ikinci mükafata layiq görülüb.

XəzərNews.az La Gazette-ya istinadən xəbər verir ki, müsabiqə dünya musiqiçilərinə beynəlxalq arenada özünü göstərmək imkanı yaratmaq məqsədilə təsis olunub.

Bu nəticələr Azərbaycanın iki dəfə qalib elan olunması ilə diqqət çəkib. Eldəniz Ələkbərzadənin fortepiano üzrə birinciliyi və Ağarahim Quliyevin “Duo Avey” ilə fleyta kateqoriyasında qazandığı uğur ölkəmiz üçün qürurverici hadisə olub.

Qaliblər 2025-ci ilin dekabrında Avropanın ən mötəbər musiqi məkanlarından biri sayılan Berlin Filarmoniyasının Kamera Musiqisi Zalında keçiriləcək təntənəli qala konsertinə dəvət olunacaqlar.

Müsabiqə bütün yaş qruplarından və millətlərdən musiqiçilərə açıqdır. Proqramda fortepiano, simli alətlər, nəfəs alətləri, zərb, vokal, dörd əl üçün piano və kamera musiqisi kateqoriyaları yer alır.

Xatırladaq ki, hər iki azərbaycanlı musiqiçi Fransada təhsil alıb.

Xəbər 3023 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +