Rusiya və Ukrayna 1200-ə yaxın məhbusu dəyişdirəcək
Zelenski ilə Putinin görüşü olacaq?
Kəmaləddin Heydərov rəis müavini təyin etdi
Prezident “ASAN xidmət”lə bağlı FƏRMAN imzaladı
Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu vəfat edib
“Embawood” qüsurlu malı geri götürmədi... - Cərimələndi
Azərbaycanda polisi terrorla şantaj edən uşaq cəzalandırıldı
“Evimizi xəbərdarlıq etmədən sökürlər” – Nərimanov sakinləri
Məhşur restoranın səs-küyü sakinləri bezdirdi
Paşinyan Rusiyaya səfər öncəsi Trampla RAZILAŞDI - Zəngəzur dəhlizi...


18.11.2020  12:05 

“3 gündən artıq yüksək temperatur KT olunmaq üçün göstəriş ola bilər”





A+  A-

“Əhalidən çox xahiş edirik, koronavirusa yoluxma hiss edərlərsə, xəstəliyin ilk dövrlərində həkimə müraciət etsinlər. Evdə də müalicə oluna bilərlər, lakin bu zaman müalicə həkim nəzarəti altında aparılmalıdır. Bu xəstəliyin spesifik müalicəsi yoxdur, amma simptomatik müalicə təyin oluna bilər. Əgər xəstəliyin gedişində ağırlaşma olarsa, xəstə həkimin göstərişi ilə xəstəxanaya yerləşdirilə bilər”.
XəzərNews.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin İşçi qrupunun üzvü Nailə Daşdəmirova AZTV-yə müsahibəsində bildirib.

O qeyd edib ki, evdə müalicə alan xəstələr şərait imkan verirsə, digər ailə üzvlərindən təcrid olunmalı, başqa otaqda yerləşdirilməlidirlər:

“İmmuniteti möhkəm olan ailə üzvü maska və əlcəkdən istifadə edərək, dezinfeksiya qaydalarına əməl etməklə xəstəyə qulluq etməlidir. Bacardıqca sosial məsafəni gözləmək lazımdır. Səthlər dezinfeksiya olunmalı, xəstənin yatağı tez-tez dəyişdirilməli, otaq yaxşı havalandırılmalıdır. Yataq dəyişdirilən zaman onu digər ailə üzvlərinin çamaşırları ilə birlikdə yumaq olmaz”.

Həkim həmçinin bildirib ki, əgər xəstədə heç bir əlamət yoxdursa, ağciyərlərin KT olunmasına ehtiyac yoxdur. 3 gündən artıq yüksək temperatur KT olunmaq üçün göstəriş ola bilər.

“Həm “COVID”, həm də müharibənin olması əhalinin psixoloji vəziyyətinə ciddi təsir edib. Hazırda bu vəziyyət nəzərə alınmalı, əhaliyə psixoloji yardım da göstərilməlidir. Biz birlikdə olsaq, bu virusa qalib hələ bilərik. Bir az məsuliyyəti artıraq, deyilən qaydalara riayət edək, kütləvi toplaşmalardan qaçaq. Hər şey özümüzdən asılıdır”.

Səhiyyə Nazirliyinin rəsmisi həmçinin əlavə edib ki, son günlər ölkə ərazisində koronavirusa yoluxma sayında müşahidə olunan kəskin artım səhiyyə sisteminin yüklənməsinə səbəb olub. Nazirlik ambulator və poliklinik xidməti yüksəltməklə bu yükü bir qədər azaltmaq niyyətindədir.

Xəbər 5135 dəfə oxunub.



24.07.2025  00:13 

Bəzi ərazilərdə qaz olmayacaq

23.07.2025  14:27 

Prezident fərman imzaladı

23.07.2025  11:24 

Kəlbəcərdə zabit vəfat etdi


BÜTÜN XƏBƏRLƏR +