“Şəki” restoranına milyonluq kompensasiya
"Bandotdel” əməliyyat keçirdi: Saxlanılanlar var
Bakıda yeniyetmə qız itkin düşüb
Əliyevin Orbanla görüşü olub... - Məhdud tərkibdə
Tramp qudasını Fransaya səfir təyin edib
Macarıstan Beynəlxalq Cinayət Məhkəməsindən çıxır
Rusiyaya qarşı 17-ci sanksiyalar paketi təsdiqləndi
TƏBİB rəhbəri narazı stamotoloqları qəbul edəcək
Beş nəfər xəsarət alıb, 3-nün vəziyyəti ağırdır... - Partlayış
İlham Əliyev Macarıstana işgüzar səfərə gedib


09.02.2018  13:27 

Azərbaycana gələn əcnəbidə təhlükəli xəstəlik aşkarlandı





A+  A-

Dövlət Miqrasiya Xidməti tərəfindən qanunsuz miqrasiyaya qarşı keçirilmiş tədbirlər zamanı 2 nəfər Hindistan Respublikası, 1 nəfər Pakistan İslam Respublikası və 3 nəfər Nepal vətəndaşı saxlanılıb.
DMX-dən XəzərNews.az-a verilən xəbərə görə, araşdırma zamanı məlum olub ki, Bakı şəhərində Qərbi Kaspi Universitetinin hazırlıq kursunda təhsil alan Hindistan vətəndaşı Verma Dalip Kumar, öz həmvətəni Jagmeet Singh tərəfindən təsis edilmiş “Mops Tour and Travel” MMC vasitəsilə sosial şəbəkələrdən istifadə etməklə əcnəbilərin Azərbaycana gətirilməsi və burada yerləşdirilməsini təşkil edib, onların müvəqqəti yaşama üçün icazə vəsiqələri ilə təmin olunmasına dair vədlər verib.

Nepal vətəndaşları Kuldip Mahara, Mandal Santosh Kumar və Mandal Suraj Kumar həmin şirkətin vasitəsilə Azərbaycandakı əlaqələndiriciləri Verma Dalip Kumarla bağlantı yaradıblar. Verma Dalip Kumar qeyd edilən Nepal vətəndaşlarını dələduzluq yolu ilə aldadaraq onlara Azərbaycanda guya işlə təmin ediləcəklərinə dair vədlər verib, ilkin mərhələdə 2500 ABŞ dolları məbləğində pul vəsaitlərini alaraq mənimsəyib.
Nepal vətəndaşları bu il yanvarın 17-də ölkə ərazisinə daxil olub, Verma Dalip Kumar tərəfindən qarşılanıb, “İçəri Şəhər”də kirayə mənzilə yerləşdiriliblər. Verma Dalip Kumar qeyd olunan əcnəbilərə müvəqqəti yaşama üçün icazə vəsiqələri almaqla Azərbaycanda yaşayışlarını leqallaşdıracağına söz verib və onların vasitəsilə Nepal vətəndaşlarının gələcəkdə Azərbaycana kütləvi şəkildə gətirilməsini təşkil edəcəyini bildirib.

Verma Dalip Kumar Nepal vətəndaşlarına nəzarət olunması, onların yeməklə təmin edilməsi məqsədilə aylıq 200 manat ödəniş müqabilində Rəssamlıq Akademiyasında təhsil alan Pakistan vətəndaşı Ijaz Muhammad ilə razılaşıb. Ijaz Muhammad Nepal vətəndaşları ilə bir evdə yaşayıb, onları olduqları yer üzrə qeydiyyata aldırıb və gündəlik qidalanmalarını təmin edib. Görülmüş tədbirlər nəticəsində qeyd olunan şəxslər tərəfindən Nepal vətəndaşlarının Azərbaycan Respublikasına gətirilərək qanunsuz miqrantlara çevrilməsi və neqativ miqrasiya kanalının təşkil edilməsi cəhdinin qarşısı alınıb.

Eyni zamanda keçirilmiş tədbirlər zamanı ölkə ərazisində qanunsuz yaşayan 1 nəfər Nigeriya Federativ Respublikasının vətəndaşı Azeez Olalekan Kareem saxlanılıb, əcnəbinin təhlükəli yoluxucu xəstəlik daşıyıcısı olduğu məlum olub, Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarılması təmin edilib.

Xəbər 1496 dəfə oxunub.




20.05.2025  13:12 

Sabahdan istilər başlayır

20.05.2025  11:38 

Sibiqa Brüsselə gedir

19.05.2025  21:59 

Məşhur aktyor nişanlandı -FOTO


BÜTÜN XƏBƏRLƏR +