“Şəki” restoranına milyonluq kompensasiya
"Bandotdel” əməliyyat keçirdi: Saxlanılanlar var
Bakıda yeniyetmə qız itkin düşüb
Əliyevin Orbanla görüşü olub... - Məhdud tərkibdə
Tramp qudasını Fransaya səfir təyin edib
Macarıstan Beynəlxalq Cinayət Məhkəməsindən çıxır
Rusiyaya qarşı 17-ci sanksiyalar paketi təsdiqləndi
TƏBİB rəhbəri narazı stamotoloqları qəbul edəcək
Beş nəfər xəsarət alıb, 3-nün vəziyyəti ağırdır... - Partlayış
İlham Əliyev Macarıstana işgüzar səfərə gedib


15.09.2017  09:37 

Birinci siniflər üçün məsləhət





A+  A-

Azərbaycanda yeni dərs ili başladı. Bu il 164 mindən çox uşaq birinci sinfə gedəcək. Pediatr Vaqif Qarayev şagird valideynlərinə bir sıra tövsiyələr verib.
XəzərNews.az xəbər verir ki, V.Qarayev Trend-ə bildirib ki, valideynlər övladları üçün məktəbli forması və ləvazimat alarkən diqqətli olmalıdır.

Pediatr tövsiyə edir ki, məktəbli çantaları uşağın fiziki parametrlərinə uyğun, yüngül olsa daha yaxşıdır, çünki ağır çantalar uşağın qamətini deformasiya edir. Onun sözlərinə görə, çantanın çəkisi uşağın çəkisinin təqribən 10 faizindən çox olmamalıdır: “Yəni 6 yaşlı uşağın normalda çəkisi təqribən 22 kq edir və belə olan halda təxminən 2-2,5 kq ağırlığında çanta daşıya bilər”.

V.Qarayev həmçinin valideynlərə sintetik materialdan hazırlanmış paltarlar almamağı tövsiyə edir: “Nisbətən baha olsa da, valideynlər çalışıb təbii materialdan olan paltarlar almalıdır. Çünki sintetik materialdan hazırlanmış paltarlarda dəri "nəfəs almır", yəni soyuqda soyuq, istidə isti olur".

Pediatr eyni zamanda vurğulayıb ki, uşaqların düzgün oturma qaydaları var: “Sanitar normalara görə partanın, stulun ölçüləri var. Həm də uşağın gözü ilə partanın arasındakı məsafə də sanitar normalara uyğun olmalıdır - təxminən 30 sm, amma uşaq evdə də, məktəbdə də belini qətiyyən əyməməli, qamətini düzgün tutub bu məsafəni saxlamalıdır”.

Xəbər 1525 dəfə oxunub.




20.05.2025  13:12 

Sabahdan istilər başlayır

20.05.2025  11:38 

Sibiqa Brüsselə gedir

19.05.2025  21:59 

Məşhur aktyor nişanlandı -FOTO


BÜTÜN XƏBƏRLƏR +