Bakıda və Abşeronda leysan yağır
“Faktor Lizinq“ şirkətinin fəaliyyətində... - Şikayət
Aqşin Fatehin restoranı cərimələndi - VİDEO
Anasından oğurlayıb arvadına göndərdi
“Mehdiyevin işi üzrə bir çox şəxslər istintaqa cəlb edilib“ - Deputatdan açıqlama
Əli Kərimli həbsdə qaldı - Məhkəmə
ADDA ilə bp Azərbaycan arasında Əməkdaşlıq Sazişi imzalandı - Foto
Nazirliyin sabiq şöbə müdirinin milyonluq sərvəti - Siyahı
Ukrayna: Rusiya ordusunda intihar hallarının sayı 400-ə yaxınlaşır
İrandan idxal edilən konfetdə uyğunsuzluq aşkarlanıb


04.10.2023  18:06 

“Nar”dan yenilənmiş brend və konsepsiya...





A+  A-

“Nar” ötən həftə yenilənmiş brend konsepsiyasının ardınca yeni kampaniyanın başlandığını elan edir. Bu kampaniya üç reklam çarxı vasitəsilə müxtəlif çeşidli sərfəli məhsul və xidmətləri nümayiş etdirmək üçün nəzərdə tutulub.

Xəzərnews.az xəbər verir ki, brendin yeni yanaşmasının əsasında müştəriyönümlülük, sərfəlilik və əlçatanlıq prinsiplərini müştərilərə daha da yaxın etmək dayanır.

Bundan əlavə, yeni brend konsepsiyasının sevincini abunəçiləri ilə bölüşmək üçün mobil operator yaxın günlərdə bir neçə müsabiqə keçirəcək.

“Nar” abunəçiləri bu müsabiqələrdə PlayStation 5, Airpods, iPhone 14, Apple saatı, iPad AIR 5GB və Yandex stansiyası Max kimi möhtəşəm hədiyyələr qazanmaq şansı əldə edəcək. Yarışmadan vaxtında xəbərdar olmaq üçün sizi “Nar”ın sosial media səhifələrini izləməyə dəvət edirik.

“Nar” hal-hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərməkdədir. “Nar” son 4 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.

Xəbər 5072 dəfə oxunub.




10.12.2025  14:46 

DTX casusları yaxaladı - Video

10.12.2025  12:52 

Sabahın havası açıqlandı

10.12.2025  12:18 

“Jasmin Park“da faciə - Video


BÜTÜN XƏBƏRLƏR +