Bakıda və Abşeronda leysan yağır
“Faktor Lizinq“ şirkətinin fəaliyyətində... - Şikayət
Aqşin Fatehin restoranı cərimələndi - VİDEO
Anasından oğurlayıb arvadına göndərdi
“Mehdiyevin işi üzrə bir çox şəxslər istintaqa cəlb edilib“ - Deputatdan açıqlama
Əli Kərimli həbsdə qaldı - Məhkəmə
ADDA ilə bp Azərbaycan arasında Əməkdaşlıq Sazişi imzalandı - Foto
Nazirliyin sabiq şöbə müdirinin milyonluq sərvəti - Siyahı
Ukrayna: Rusiya ordusunda intihar hallarının sayı 400-ə yaxınlaşır
İrandan idxal edilən konfetdə uyğunsuzluq aşkarlanıb


14.01.2022  14:26 

Şeyx Vatikanın baş keşişi ilə görüşdü





A+  A-

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyəti Vatikanın baş keşişi (vikari), Müqəddəs Pyotr Kilsəsinin rəhbəri kardinal Mauro Qambetti ilə görüşüb.

XəzərNews.az xəbər verir ki, kardinal Mauro Qambetti QMİ sədrinin rəhbərlik etdiyi nümayəndə heyətini səmimi salamlayaraq Vatikan ilə Azərbaycan arasında yüksək əməkdaşlıq əlaqələrindən məmnunluğunu bildirib, bu əlaqələrin uğurla inkişaf etdiyini deyib.

QMİ sədri ölkəmizdə dini icmalar arasındakı tolerant münasibətlərdən söhbət açıb.

Şeyxülislam Allahşükür Paşazadə Azərbaycanda etnik və dini baxımdan qarşılıqlı anlaşmanın olduğunu, müxtəlif dinlərin nümayəndələrinin dinc şəraitdə birgə yaşadıqlarını qeyd edib. Vurğulayıb ki, ölkəmiz bütün dünyada dinlərin nümayəndələri arasında qarşılıqlı anlaşmanın, qardaşlıq və həmrəylik hisslərinin bərqərar olmasına çalışır və bu baxımdan dünyaya nümunədir.

Şeyxülislam Allahşükür Paşazadə Azərbaycan Ordusunun Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə BMT qətnamələrinə uyğun olaraq 30 ilə yaxın müddət ərzində erməni işğalında olan torpaqlarını azad etdiyini, Ermənistan tərəfinin işğal dövründə buradakı dini və mədəni abidələri vandalizmə məruz qoyduğunu vurğulayıb, bununla bağlı kardinal M.Qamtettiyə fotofakt kitabı təqdim edib.

Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasındakı əməkdaşlıq məsələləri müzakirə edildiyi görüşdə ölkəmizin dinlərarası və mədəniyyətlərarası dialoqun təşviqi istiqamətində fəaliyyətini fəal şəkildə davam etdirdiyi qeyd olunub.

Kardinal Mauro Qambetti Heydər Əliyev Fondu tərəfindən Vatikanda həyata keçirilən təmir-bərpa işlərinin əhəmiyyətini qeyd edib, Azərbaycan Hökumətinə, xüsusilə də Fondun prezidenti, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildirib.

O, dünyanın bir çox yerlərində gərginlik və münaqişələrin artdığı, bəzi dairələrin dini amildən istifadə edərək ədavəti və nifaqı daha da yaymağa çalışdığı bir vaxtda Azərbaycanın Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün bəşəriyyətə əsl tolerantlıq nümunəsi göstərməkdə olduğunu qeyd edib.

Görüşdə Azərbaycanın Fransada və Müqəddəs Taxt-Tacdakı səfiri Rəhman Mustafayev, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının katibi Arximandrit Aleksiy (Nikonorov), Roma Katolik Kilsəsinin Azərbaycandakı apostol prefekti Yepiskop Vladimir Fekete, Qafqaz Müsəlmanları İdarəsinin sədrinin birinci müavini, müfti Salman Musayev iştirak ediblər.

Xəbər 3469 dəfə oxunub.



10.12.2025  14:46 

DTX casusları yaxaladı - Video

10.12.2025  12:52 

Sabahın havası açıqlandı

10.12.2025  12:18 

“Jasmin Park“da faciə - Video


BÜTÜN XƏBƏRLƏR +