Banklar niyə bəzi valyutaları almır?
Heydərov yeni rəis əvəzi təyin etdi
Zalxa Osmanova vəzifəsindən azad edilib
Rusiyanın 115 milyard avrosu Ukraynaya verilir
Güllələnənən şəxs Mətanət Quliyevanın oğludur
Neftin qiyməti aşağı düşdü
Müşfiqabad və 28 Mayda işıq olmayacaq
Evlər, həyətlər, Hətta küçələr də suya qərq olub... - Video
Məcburi köçkünlərə verilən müavinət dayandırılacaq
Ərdoğan Viktor Orbanla görüşüb


19.07.2019  12:56 

“Azərbaycandan getmək fikrində deyiləm” - Hacı İbrahimdən AÇIQLAMA





A+  A-

“Avesta” şirkətinin prezidenti, tanınmış iş adamı Hacı İbrahim Nehrəmli (İbrahim İbrahimov) bu günlərdə “Xəzər adaları” layihəsini banka olan borcunu ödəmək məqsədi ilə dövlətə bağışladığını, ərazinin deputat Kamran Nəbizadənin rəhbərlik etdiyi Azərbaycan Sənaye Korporasiyasına verildiyini açıqlayıb. Əmlakın dəyərinin 720 milyon manat həcmində qiymətləndirildiyini və borcunu ödəyib tam bitirdiyini ifadə edib.
Bu açıqlamadan sonra iş adamının Azərbaycandakı fəaliyyətini dayandırıb xaricə üz tutacağı iddia olunur.

XəzərNews.az bildirir ki, məsələ ilə bağlı Modern.az-a danışan İbrahim Nehrəmli bu iddiaları yalanlayıb:

“Bəli, mən “Xəzər adaları”nı təhvil verdim. Bununla da həmin mövzu bağlandı. Azərbaycandan getməyimə gəlincə, mən inkişaf edən, günü-gündən güclənən Azərbaycandan kənara getmək fikrində deyiləm. Prezident İlham Əliyevin rəhbərliyi altında yüksələn xətt üzrə inkişaf edən Azərbaycanda görüləcək işlərimiz çoxdur”.

İş adamı bundan sonrakı fəaliyətinin də bizneslə bağlı olacağını bildirib:

“Mən anadan biznesmen doğulmuşam. Biznesin müxtəlif sahələrində fəaliyyətim var. Bundan sonra fəaliyyətim yalnız və yalnız Azərbaycanda, özü də ki, biznes sahəsində olacaq”.

Qeyd edək ki, “Xəzər Adaları” Xəzər dənizində, Bakıdan 25 km cənubda yerləşən, 41 adadan ibarət, 3000 hektar sahəni əhatə edən süni arxipelaq şəhəridir.

Tikinti işlərinə 2011-ci ilin mart ayında başlanılıb. Layihə "Avesta" şirkətinin təşəbbüsü nəticəsində ortaya çıxıb. Layihənin dəyəri 100 mlrd. dollar təşkil edirdi. Burada 1 milyon nəfərin yaşaması üçün şəhər salınması planlaşdırılırdı. Ada şəhərcikdə 150 məktəb, 50 xəstəxana, bir neçə park, ticarət mərkəzləri, mədəniyyət mərkəzləri, institut kampusları, Formula-1 trası və Azerbaijan Tower ( Azərbaycan qülləsi) tikiləcək (tikilərsə dünyanın ən hündür binası olacaqdı).

Zamanla mətbuatda bu meqalayihə ilə bağlı müxtəlif açıqlamalar verilsə də, onun reallaşması mümkün görünməyib.

Buna görə də layihənin ciddiliyi şübhə altına düşüb. Bu müddətə qədər tikilmiş tikililər də baxımsız və yarımçıq vəziyyətdə qalıb.

Elə bu ərəfədə Rusiyanın “RBK” kanalı “Xəzər adaları” layihəsinin 2022-ci ildə başa çatacağı ilə bağlı xəbər yaydı. Həmin süjetdə dünyanın ən hündür qülləsi olan “Azərbaycan” qülləsinin ( 1050 m) hətta 2019- cu ildə başa çatdırılacağı bildirilib. Bütün arxipelaqın isə 2022-ci ildə başa çatmasının planlaşdırıldığı qeyd edilib.

Xəbər 3766 dəfə oxunub.




09.12.2025  10:06 

Neftin qiyməti aşağı düşdü

08.12.2025  18:45 

Ərdoğan Viktor Orbanla görüşüb

08.12.2025  18:32 

DSX-nin kapitanı həbs edildi

08.12.2025  17:51 

ASCO-da seminar keçirilib - Foto

08.12.2025  16:39 

Təyyarə qəzası...-Ölənlər var


BÜTÜN XƏBƏRLƏR +