Bakıda və Abşeronda leysan yağır
“Faktor Lizinq“ şirkətinin fəaliyyətində... - Şikayət
Aqşin Fatehin restoranı cərimələndi - VİDEO
Anasından oğurlayıb arvadına göndərdi
“Mehdiyevin işi üzrə bir çox şəxslər istintaqa cəlb edilib“ - Deputatdan açıqlama
Əli Kərimli həbsdə qaldı - Məhkəmə
ADDA ilə bp Azərbaycan arasında Əməkdaşlıq Sazişi imzalandı - Foto
Nazirliyin sabiq şöbə müdirinin milyonluq sərvəti - Siyahı
Ukrayna: Rusiya ordusunda intihar hallarının sayı 400-ə yaxınlaşır
İrandan idxal edilən konfetdə uyğunsuzluq aşkarlanıb


08.01.2018  09:58 

Ermənistan atəşkəsi 125 dəfə pozdu





A+  A-

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 125 dəfə pozub.
Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidmətindən XəzərNews.az-a verilən məlumata görə, Ermənistanın Noyemberyan rayonunun Voskevan kəndində və adsız yüksəkliklərdə, İcevan rayonunun Berkaber və Ayqeovit kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Qaymaqlı, Quşçu Ayrım, Məzəm, Qızılhacılı, Bala Cəfərli kəndlərində, Berd rayonunun Mosesqex, Çinari kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli, Ağdam, Koxanəbi, Əsrik Cırdaxan, Muncuqlu kəndlərində və adsız yüksəkliklərdə, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Ağdam rayonunun Tağıbəyli, Şıxlar, Baş Qərvənd, Cəvahirli, Abdinli, Qaraqaşlı, Şirvanlı, Sarıcalı, Acarlı, Yusifcanlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qərvənd, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Qorqan, Kürdlər, Horadiz, Cəbrayıl rayonunun Nüzgar və Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Xəbər 3004 dəfə oxunub.




10.12.2025  14:46 

DTX casusları yaxaladı - Video

10.12.2025  12:52 

Sabahın havası açıqlandı

10.12.2025  12:18 

“Jasmin Park“da faciə - Video


BÜTÜN XƏBƏRLƏR +