Günah Sabir bəydədir...
29 nömrəli marşrutda TƏHLÜKƏLİ ANLAR -VİDEO
İmamoğlu barədə şok iddialar ortaya çıxıb
Namizəd Səfərov saxlanıldı
Toydan qayıdanda avtobusda dalaşdılar
Satış anbarının fəaliyyəti dayandırılıb
Həbsdə olan güneyli vəkilin həyat yoldaşı saxlanılıb
Sabunçuda yaşayış evində partlayış -YENİLƏNİB
Səhiyyəmiz 33 yaşlı gənci belə “öldürdü“ - İTTİHAM
Kimlər evdən işləyə biləcək?


04.12.2025  11:04 

Azərbaycan otelləri ən çox nədən qazanır?





A+  A-

2025-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanda mehmanxana (hotel) və mehmanxana tipli obyektlərin əldə etdikləri gəlirlərin strukturu məlum olub.

XəzərNews.az Valyuta.az-a istinadla xəbər verir ki, bu dövrdə sözügedən obyektlərin ümumi gəlirləri 494 milyon 158 min manat təşkil edib.

Statistikaya əsasən, otellər ən çox gəliri nömrələrin satışı hesabına əldə ediblər. Bu xidmət üzrə gəlirlər 308 milyon 343,6 min manat olub.

Bundan əlavə:

* İaşə xidmətlərindən 132 milyon 598,3 min manat gəlir əldə edilib.
* Müalicə-sağlamlıq xarakterli xidmətlərdən gəlirlər 13 milyon 877,6 min manat təşkil edib.
* Konfrans zallarının təqdim edilməsi xidmətlərindən 5 milyon 990,6 min manat gəlir qeydə alınıb.
* Ekskursiya xidmətlərindən əldə olunan gəlir 94,6 min manat olub.
* Digər xidmətlərdən isə 33 milyon 253,3 min manat gəlir əldə edilib.

Açıqlanan rəqəmlər göstərir ki, 2025-ci ilin ilk 9 ayında otellərin gəlirlərində əsas payı nömrələrin satışı və iaşə xidmətləri formalaşdırıb.

Xəbər 848 dəfə oxunub.



09.12.2025  18:52 

Günah Sabir bəydədir...

09.12.2025  17:56 

Namizəd Səfərov saxlanıldı

09.12.2025  15:56 

Kimlər evdən işləyə biləcək?

09.12.2025  10:06 

Neftin qiyməti aşağı düşdü

08.12.2025  18:45 

Ərdoğan Viktor Orbanla görüşüb

08.12.2025  18:32 

DSX-nin kapitanı həbs edildi


BÜTÜN XƏBƏRLƏR +