Günah Sabir bəydədir...
29 nömrəli marşrutda TƏHLÜKƏLİ ANLAR -VİDEO
İmamoğlu barədə şok iddialar ortaya çıxıb
Namizəd Səfərov saxlanıldı
Toydan qayıdanda avtobusda dalaşdılar
Satış anbarının fəaliyyəti dayandırılıb
Həbsdə olan güneyli vəkilin həyat yoldaşı saxlanılıb
Sabunçuda yaşayış evində partlayış -YENİLƏNİB
Səhiyyəmiz 33 yaşlı gənci belə “öldürdü“ - İTTİHAM
Kimlər evdən işləyə biləcək?


03.12.2025  12:43 

Gələn il benzin-dizel qiymətləri artacaq, ya yox?! - Açıqlama





A+  A-

Azərbaycanda Aİ92 və dizel qiymətlərini hökumət müəyyənləşdirir, qiymət təyin edəndə dünya bazarı, məntiq nəzərə alınmır, ancaq hökumətin öz “məntiqi” işləyir. Ona görə də, iqtisadçılar bu haqda proqnoz verə bilmirlər, çünki, peşəkar iqtisadçı trendləri, dünyada neft qiymətləri, qonşu ölkələrdəki vəziyyəti, ölkə daxilində vergi-aksiz siyasətini nəzərə alıb analiz edir. Azərbaycanda isə bu kriterlər işləmir.

XəzərNews.az xəbər verir ki, bu barədə iqtisadçı Natiq Cəfərli jurnalistlərin ona ünvanladığı “2026-cı ildə ölkədə benzin-dizel qiymətləri artacaq, ya yox?!” sualını sosial şəbəkə hesabından cavablandırarkən deyib.

N.Cəfərli qeyd edib ki, Azərbaycanda hökumət ən son 2024-cü ilin 30 iyun tarixində qiymətləri artırdı, Aİ92 litrə görə 10 qəpik, dizel isə 20 qəpik bahalaşdı:

“Rəsmi açıqlamada da dedilər ki, dünyada neft bahalaşıb, ona görə bu addımı atıblar – 2024-cü ilin iyun ayının 30-da “Brent” markalı neftin bareli 86 dollar idi. Yəni, hökumətin qərar verərkən arqumenti dünyada neft qiymətləridirsə, bu gün “Brent” markalı nefrin qiyməti 63 dollardır, deməli, əsl məntiqi ardıcıllıq qursaq, indi hökumət yığışıb benzin-dizelin qiymətini, heç olmasa, 10-15% ucuzlaşdırmalıdır.

Gələn il isə neft qiyməti daha aşağı olacaq, 2026-cı ilin ortalama qiymət koridoru 55-65 dollar arası olması gözlənilir.

Deməli, hökumət benzin-dizelin qiymətini artırmamalı, hətta, heç olmasa özləri-öz məntiqlərinə hörmət edirlərsə, bir az ucuzlaşdırmalıdır. Amma, edəcəkmi, ucuzlaşma olacaqmı – inanmıram. Bahalaşdıra bilərlərmi – bəli, buna inanıram, çünki bizim bildiyimiz, anladığımız məntiqlə, hökumətin, əsas da hüquqşünas olan iqtisadi blok nazirlərinin “məntiqi” eyni deyil...”

Zəhra
XəzərNews.az


Xəbər 1009 dəfə oxunub.



09.12.2025  18:52 

Günah Sabir bəydədir...

09.12.2025  17:56 

Namizəd Səfərov saxlanıldı

09.12.2025  15:56 

Kimlər evdən işləyə biləcək?

09.12.2025  10:06 

Neftin qiyməti aşağı düşdü

08.12.2025  18:45 

Ərdoğan Viktor Orbanla görüşüb

08.12.2025  18:32 

DSX-nin kapitanı həbs edildi


BÜTÜN XƏBƏRLƏR +