Günah Sabir bəydədir...
29 nömrəli marşrutda TƏHLÜKƏLİ ANLAR -VİDEO
İmamoğlu barədə şok iddialar ortaya çıxıb
Namizəd Səfərov saxlanıldı
Toydan qayıdanda avtobusda dalaşdılar
Satış anbarının fəaliyyəti dayandırılıb
Həbsdə olan güneyli vəkilin həyat yoldaşı saxlanılıb
Sabunçuda yaşayış evində partlayış -YENİLƏNİB
Səhiyyəmiz 33 yaşlı gənci belə “öldürdü“ - İTTİHAM
Kimlər evdən işləyə biləcək?


01.12.2025  17:24 

Yaxşı, işləməyən insanlar nə etməlidirlər? - İqtisadçı





A+  A-

Xəbər verdiyimiz kimi, gələn ildən dövlət büdcəsində ayrılmaların azalması fonunda icbari tibbi sığorta (İTS) sistemi üzrə yeni maliyyələşmə mexanizmi tətbiq ediləcək.

"Tibbi sığorta haqqında" Qanuna təklif olunan dəyişikliyə görə, uşaqlar, əlilliyi olan şəxslər, pensiyaçılar istisna olmaqla heç bir yerdə işləməyən, eləcə də sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan şəxslər 2026-cı ildən İTS xidmətlərindən istifadəyə görə hər ay minimum əməkhaqqının 4 faizi həcmində – hazırkı hesablamaya görə 16 manat – icbari tibbi sığorta haqqı ödəyəcəklər. Qanun layihəsində həmçinin qeyd edilir ki, ödəmənin gecikdirilməsi halında əlavə 10% sığorta haqqı tətbiq olunacaq.

Bu vaxta qədər həmin şəxslər tibbi sığorta xidmətlərindən dövlət vəsaiti hesabına yararlanırdılar.

Bundan başqa, evdar və şəxsi gəliri olmayan qadınların sığortası yenə
də dövlət vəsaiti hesabına həyata keçiriləcək. Bu kateqoriyaya aid şəxslərin sığorta məbləğini müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirəcək.

XəzərNews.az xəbər verir ki, mövzu ilə bağlı Bakupost.az -a danışan iqtisadçı Natiq Cəfərli bildirib ki, burada qaranlıq məqamlar həddindən artıq çoxdur:

“Bu qərarı verənlərin məntiqini anlamağa çalışıram. Məntiqlə demək istəyirlər ki, insanlar var, heç yerdə işçi kimi qeydiyyatda deyillər, amma qeyri-leqal işləyirlər. Əgər onlar tibbi sığortadan istifadə etmək istəyirlərsə, ayda 16 manat ödəniş etməlidirlər. Amma bunun məntiqsizliyi ondan ibarətdir ki, dövlət qurumları bu günə qədər kimin qeyri-leqal işlədiyini aydınlaşdıra bilməyibsə, bəs, bundan sonra necə ayırd edəcəklər? Rəsmən bizdə 300 minə yaxın işləməyən insan var, qeyri-rəsmi rəqəmlərə görə isə bu göstərici 2–3 qat çoxdur. Yaxşı, işləməyən insanlar nə etməlidirlər? Necə 16 manatı ödəməlidirlər ki, icbari tibbi sığortadan istifadə edə bilsinlər? Bu, bir az məntiqsiz yanaşmadır”.

N.Cəfərli hesab edir ki, burada kriteriyalar dəyişdirilməlidir:

“Heç olmasa, könüllülük prinsipi gətirilməlidir. Yəni kim tibbi sığortadan istifadə etmək istəyirsə, 16 manat ödəsin. Bu prinsip gətirilsə və məsələ ilə bağlı cərimələr, sanksiyalar nəzərdə tutulmasa, razılaşmadığım məqamlar olsa da, bunun nisbətən məntiqli qərar olduğunu düşünmək olar”.

Xəbər 1241 dəfə oxunub.



09.12.2025  18:52 

Günah Sabir bəydədir...

09.12.2025  17:56 

Namizəd Səfərov saxlanıldı

09.12.2025  15:56 

Kimlər evdən işləyə biləcək?

09.12.2025  10:06 

Neftin qiyməti aşağı düşdü

08.12.2025  18:45 

Ərdoğan Viktor Orbanla görüşüb

08.12.2025  18:32 

DSX-nin kapitanı həbs edildi


BÜTÜN XƏBƏRLƏR +