Ukrayna Xəzərdəki neft platformasını vurdu
“Porsche“ ilə avtoxuliqanlıq edən sürücü həbs olundu
General-leytenant Usubovun oğlu həbs edilib
Generaldan etiraf: Mənə “paçka”larla pul verib
“Rahat” marketi tarakanlar basdı – Foto
Faktiki hava: Rayonlara qar yağır
Paşinyanın təyyarəsi dron hücumuna məruz qalıb
Avtomat, tapança və 9 tüfəng götürülub
İndi get oyna… - Sabiq deputatdan Şahin Əliyevə
Qiymətlər qalxır, amma xidmət göz önündədir - Şikayət


17.11.2025  15:25 

İstanbulda kritik vəziyyət: Şəhər 50 günlük...





A+  A-

İstanbulun su anbarlarında vəziyyət kritik həddə çatıb. Doluluq göstəriciləri artıq 25 faiz sərhədinin də altına enib.

XəzərNews.az xəbər verir ki, meteorologiya üzrə məsləhətçisi professor Orhan Şen "CNN Türk"ə bildirib ki, İstanbulun cəmi 50 günlük suyu qalıb. Onun sözlərinə görə, təhlükə siqnalı artıq çalır, çünki yağıntılar kifayət etmir:

"Qarşıda yağışlı dövr var, lakin oktyabr və noyabr ayları da yağışlı keçməli idi, belə olmadı. Risk davam edir. Bu şəkildə qışın sonuna qədər getsək, fəlakət yaşana bilər. Gözlənilən yağış miqdarı gəlmir. Keçən həftə İstanbulda yağış oldu, amma anbarlardakı doluluğa təsir etmədi. Şəhərə gündə 3 milyon kubmetr su verilir və həmin yağış ancaq bu tələbatı kompensasiya etdi. Qarşıdakı həftəyə baxırıq – İstanbulda 5 gün, bəlkə də 7-8 gün yağış yoxdur. Yağışlar kifayət qədər deyil. Bu mövsümdə anbarlarda doluluğun davamlı olaraq yüksəlməsi lazım idi. Noyabr ayında doluluq göstəricisi 30 faizdən yuxarı olmalı idi. İstanbulda 4 böyük anbar var: Ömerli, Terkos, Böyükçəkməcə Sazlıdere. Burada əsas olan suyun ümumi həcmi deyil, istifadə oluna bilən hissəsidir. Keçən həftə bu rəqəm 200 milyon kubmetr idi, bu həftə isə 185 milyon kubmetrə düşüb. Hər keçən gün azalma davam edir".

Professor bildirib ki, hazırda 185 milyon kubmetr su mövcuddur. Bunun təxminən 10 faizi dib suyudur:

"Deməli, istifadə oluna bilən orta hesabla 150 milyon kubmetr su qalır. Gündə 3 milyon kubmetr su sərf olunduğunu nəzərə alsaq, şəhərin 50 günlük suyu var. Yağışlar bu şəkildə davam etsə, ancaq gündəlik tələbat ödənmiş olacaq. Əgər bu şəkildə cəmi 50 günlük su ilə yay mövsümünə başlasaq, o zaman fəlakət qaçılmazdır".

Nuray

Xəbər 1021 dəfə oxunub.




11.12.2025  11:20 

Faktiki hava: Rayonlara qar yağır

11.12.2025  10:16 

Voronejdə hava hədəfi vurulub

11.12.2025  10:00 

DYP sürücülərə müraciət etdi

10.12.2025  14:46 

DTX casusları yaxaladı - Video


BÜTÜN XƏBƏRLƏR +