Günah Sabir bəydədir...
29 nömrəli marşrutda TƏHLÜKƏLİ ANLAR -VİDEO
İmamoğlu barədə şok iddialar ortaya çıxıb
Namizəd Səfərov saxlanıldı
Toydan qayıdanda avtobusda dalaşdılar
Satış anbarının fəaliyyəti dayandırılıb
Həbsdə olan güneyli vəkilin həyat yoldaşı saxlanılıb
Sabunçuda yaşayış evində partlayış -YENİLƏNİB
Səhiyyəmiz 33 yaşlı gənci belə “öldürdü“ - İTTİHAM
Kimlər evdən işləyə biləcək?


06.11.2025  15:46 

Qəzənfər Ağayev hər il bu şirkətə yol təmir etdirir





A+  A-

Astara Rayon İcra Hakimiyyəti rayondaxili yolların əsaslı təmiri ilə bağlı tenderə yekun vurub.

Hər dəfə olduğu kimi bu dəfə də tenderin qalibi "Elnur-2” İstehsalat Kommersiya Şirkəti seçilib. Daxili yolların əsaslı təmir işlərinə görə şirkətə 526 972,66 manat ödəniləcək.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında "Elnur-2” İstehsalat Kommersiya Şirkətinin 28 avqust 2004-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 1,6 manatdır. Hüquqi ünvanı Bakı şəhəri Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi, ev 11/35, mənzil 57-də yerləşən şirkətin qanuni təmsilçisi Abıyev Zaur Niyaz oğludur.

Açıq mənbələrdə barəsində heç bir məlumat olmayan "Elnur-2” İstehsalat Kommersiya Şirkəti "tender kralı” kimi tanınır. Bu da səbəbsiz deyil. Şirkət birqayda olaraq cənub bölgəsində yerləşən rayonların yerli qurumlarının tenderlərini qazanır. Bu sırada Astara Rayon İcra Hakimiyyətinin adını xüsusi vurğulamaq lazımdır.

Şirkət cari ildə artıq ikinci dəfədir ki, Astara Rayon İcra Hakimiyyəti avqust ayından yekunlaşan bundan əvvəlki tender də daxili yolların əsaslı təmiri ilə bağlı keçirilib. Bu tender üzrə şirkətin qiymət təklifi 534 160,44 manat olub. Beləliklə, "Elnur-2” İstehsalat Kommersiya Şirkəti 2025-ci ildə Astara Rayon İcra Hakimiyyətindən 1 061 133,10 manatlıq sifariş alıb.

Astara Rayon İcra Hakimiyyəti ötən il də yolların əsaslı təmiri ilə bağlı iki tender keçirib və bu müsabiqələrin də qalibi "Elnur-2” İstehsalat Kommersiya Şirkəti olub. Tərəflər arasında ümumi dəyəri 703 589,59 manat təşkil edən satınalma müqavilələri imzalanıb.

2023-cü ildə isə Astara Rayon İcra Hakimiyyəti ilə "Elnur-2” İstehsalat Kommersiya Şirkəti ilə 527 723,35 manatlıq, 2022-ci ildə isə 534 184,7 manatlıq satınalma müqaviləsi imzlanıb. Hər iki müqavilə yolların əsaslı təmiri ilə bağlı olub. Beləliklə, şirkətə 4 ildə 2 milyon 826 min 630 manat 74 qəpik ödənib.

Astara Rayon İcra Hakimiyyətinin keçirdiyi tenderlərdə birqayda olaraq "Elnur-2” şirkətinin qalib seçilməsi bu müsabiqələrin şəffaflığına şübhələri artırır. Maddi-texniki bazası barədə heç bir məlumat olmayan, 1,6 manatlıq "Elnur-2” yol təmirində ixtisaslaşmış digər şirkətlərdən hansı özəllikləri fərqlənir ki, hər dəfə Astara Rayon İcra Hakimiyyətinin tenderlərində qalib seçilir? Bu sualın cavabı açıq qalır.

Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayevdir. O, 2012-ci ildə rayona rəhbərlik edir. Qəzənfər Ağayevin icra başçısı kimi karyerası isə 2005-ci ildən başlayır. O, 2005-2006-cı illərdə Yardımlı, 2006-2012-ci illərdə isə Masallı rayonunun icra başçısı vəzifəsində çalışıb.

20 ildir icra başçısı olan Qəzənfər Ağayevin fövqəladə hallar naziri Kəmaləddin Heydərova yaxın olduğu iddia edilir. Mediada da rast gəlinən bu iddialar indiyədək təkzib olunmayıb./Qaynarinfo

Xəbər 1747 dəfə oxunub.



09.12.2025  18:52 

Günah Sabir bəydədir...

09.12.2025  17:56 

Namizəd Səfərov saxlanıldı

09.12.2025  15:56 

Kimlər evdən işləyə biləcək?

09.12.2025  10:06 

Neftin qiyməti aşağı düşdü

08.12.2025  18:45 

Ərdoğan Viktor Orbanla görüşüb

08.12.2025  18:32 

DSX-nin kapitanı həbs edildi


BÜTÜN XƏBƏRLƏR +