Günah Sabir bəydədir...
29 nömrəli marşrutda TƏHLÜKƏLİ ANLAR -VİDEO
İmamoğlu barədə şok iddialar ortaya çıxıb
Namizəd Səfərov saxlanıldı
Toydan qayıdanda avtobusda dalaşdılar
Satış anbarının fəaliyyəti dayandırılıb
Həbsdə olan güneyli vəkilin həyat yoldaşı saxlanılıb
Sabunçuda yaşayış evində partlayış -YENİLƏNİB
Səhiyyəmiz 33 yaşlı gənci belə “öldürdü“ - İTTİHAM
Kimlər evdən işləyə biləcək?


22.10.2025  18:43 

Bakıda şirkət rəhbəri həbs edildi





A+  A-

Bakıda milyonlar manat vergidən yayınan məşhur şirkətlərin rəhbəri həbs edilib.

1970-ci ildə Ordubad rayonunun Biləv kəndində anadan olmuş Ağakişiyev İntizam Əjdər oğlunun Cinayət Məcəlləsinin 209.3 və 213.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmədə baxılıb.

Məlum olub ki, İntizam Ağakişiyev öz adına 3, tanışlarının adına isə bir neçə şirkət təsis edərək, 2016-2020-ci llər ərzində 10.846.626,92 manat məbləğində vergi, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqqını dövlət büdcəsinə ödəməkdən yayındırıb.

Təqsirləndirilən şəxs "Trade A” MMC, ”Sumeksport A” MMC, "Perspektiv-A" MMC, "Miraj-85" MMC, "Planet-B” və digər MMC-lərin fəaliyyətlərinə rəhbərlik edib. Onun vahid niyyətlə, külli miqdar təşkil edən 2.843.096,43 manat məbləğində gömrük ödənişlərini gömrük orqanlarına təqdim edilmiş bəyannamələrə təhrif olunmuş məlumatlar daxil etməklə qəsdən dövlət büdcəsinə ödəməkdən yayınması məlum olub.

İntizam Ağakişiyev məhkəmədə ifadəsində deyib ki, rəhbərlik etdiyi şirkətlər Rusiya Federasiyasından taxta məmulatlarının idxalı və satışını həyata keçirib. Bəzi MMC-lərin qanuni təmsilçisi özü olmasa da, həmin şirkətlərə faktiki olaraq rəhbərilik edib. O, rəhbəri olduğu şirkətlərin dövlət büdcəsinə 18.000.000 manatdan artıq vergi ödənişləri etdiyini də bildirib.

İş adamının rəhbərlik etdiyi şirkətlərin həmin illərdə Abşeron rayon İcra Hakimiyyəti, Səhiyyə Nazirliyi və başqa bir sıra dövlət qurumlarında milyonluq tenderlərin qalibi də olması məlum olub.

Məhkəmə İntizam Ağakişiyev barəsində Cinayət Məcəlləsinin 213.3-cü maddəsi ilə verilmiş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyindən bəraət hökmü verib. Əvəzində o, Cinayət Məcəlləsinin 209.3-cü maddəsində nəzərdə tutulan əməli törətməkdə təqsirli bilinib və 1 il 10 ay 27 gün azadlıqdan məhrum edilib. Həmçinin MMC-lərin fəaliyyəti üzrə 2.843.096,43 manatın təqsirləndirilən şəxsdən tutularaq Dövlət Gömrük

Komitəsinin büdcəsinə köçürülməsi barədə qərar verilib.

Xatırladaq ki, İntizam Ağakişiyevin adı məşhur Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarov və onunla birlikdə həbs edilən üç MTN əməkdaşının məhkəmə işində zərərçəkmiş qismində hallanırdı./Qaynarinfo

Xəbər 2534 dəfə oxunub.



09.12.2025  18:52 

Günah Sabir bəydədir...

09.12.2025  17:56 

Namizəd Səfərov saxlanıldı

09.12.2025  15:56 

Kimlər evdən işləyə biləcək?

09.12.2025  10:06 

Neftin qiyməti aşağı düşdü

08.12.2025  18:45 

Ərdoğan Viktor Orbanla görüşüb

08.12.2025  18:32 

DSX-nin kapitanı həbs edildi


BÜTÜN XƏBƏRLƏR +