“Faktor Lizinq“ şirkətinin fəaliyyətində... - Şikayət
Aqşin Fatehin restoranı cərimələndi - VİDEO
Anasından oğurlayıb arvadına göndərdi
“Mehdiyevin işi üzrə bir çox şəxslər istintaqa cəlb edilib“ - Deputatdan açıqlama
Əli Kərimli həbsdə qaldı - Məhkəmə
ADDA ilə bp Azərbaycan arasında Əməkdaşlıq Sazişi imzalandı - Foto
Nazirliyin sabiq şöbə müdirinin milyonluq sərvəti - Siyahı
Ukrayna: Rusiya ordusunda intihar hallarının sayı 400-ə yaxınlaşır
İrandan idxal edilən konfetdə uyğunsuzluq aşkarlanıb
TRIPP Ermənistanda qeydiyyatdan keçəcək - Paşinyan


08.04.2024  16:27 

“Təmənna güdmədən gərəkli addımlar atmaq olar” - Əkbər Qoşalı





A+  A-

“Azərbaycan ədəbiyyatının, mədəniyyətinin xarici ölkələrdə təbliği güncəl mövzudur”.

Xəzərnews.az xəbər verir ki, bu fikirləri Diaspora.TV-yə açıqlamasında şair Əkbər Qoşalı deyib:

“Ona görə vacibdir ki, Ermənistanın uzunmüddətli, sistemli anti-Azərbaycan təbliğatı sıfırlanmalıdır. Savaş meydanında qazandığımız tarixi zəfəri mədəniyyət müstəvisinə daşımalıyıq. Mədəniyyət savaşı yalnız zəfərsonrası aparılmır. Əlbəttə, əvvəllər də bu yöndə önəmli işlər görülüb. Müvafiq dövlət orqanları, Heydər Əliyev Fondu ən müxtəlif layihələrlə, nəşrlərlə, festival, simpozium, konfrans və digər addımlarla unudulmaz, qalıcı işlər görüb. Xüsusilə, Azərbaycan mədəniyyət mərkəzlərinin qurulması yüksək dəyərə malikdir. Məsələn, Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin fəaliyyəti ilə daha yaxından tanışam. Özbəkistan bizim üçün xarici deyil, qardaş ölkədir, bununla belə, qardaş ölkələrdə də iş görmək lazımdır. Məhz həmin mərkəzin sayəsində Özbəkistanın az qala hər şəhər, hər universitet və böyük kitabxanasında Azərbaycan mədəniyyəti, ədəbiyyatı, incəsənəti, mədəniyyət xadimləri ilə bağlı guşələr, daimi ekspozisiyalar açılıb. Az qala hər il Özbəkistanın ayrı-ayrı şəhərlərində Azərbaycan Ədəbiyyatı, Mədəniyyəti Günləri keçirilib. Rusiya Federasiyasının ayrı-ayrı vilayətlərində diaspor təşkilatları vasitəsilə yaddaqalan mədəniyyət tədbirlər, layihələr reallaşdırılıb”.

Ə.Qoşalı qeyd edib ki, Azərbaycan UNESCO, İSESCO platformalarında, özəlliklə, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın tarixi təşəbbüsləri ilə önəmli işlər görüb:

“Dövlətimizin üzv olduğu digər beynəlxalq təşkilatlar, o cümlədən Qoşulmama Hərəkatı, qurucu üzv olduğumuz ortaq türk təşkilatları da mədəniyyətimizin təbliği baxımından bizə ciddi platformalar qazandırıb. Təbii, diaspor təşkilatları özünəxas imkanlara malik olduğu kimi, qayğılara da sahibdir. Mədəniyyəti qorumaq anlayışından daha çox mədəniyyətin özünün bir milli qoruma aktı olduğunu da vurğulamalıyıq. Bəzən bir əsər, bir müəllif nazirliyin işindən daha təsirli ola bilər. Məncə, bu amil diqqətdən qaçmamalıdır. Hesab edirəm ki, indiyədək görülmüş işlərə qədirşünaslıqla yanaşmaq, mövcud boşluqları, çatışmazlıqları üzə çıxarmaq və təmənna güdmədən gərəkli addımlar atmaq olar”.

Zəfər
Diaspora.TV


Xəbər 3965 dəfə oxunub.




10.12.2025  14:46 

DTX casusları yaxaladı - Video

10.12.2025  12:52 

Sabahın havası açıqlandı

10.12.2025  12:18 

“Jasmin Park“da faciə - Video


BÜTÜN XƏBƏRLƏR +