Məşhur dirijor xəstəxanaya yerləşdirilib -FOTO
Putindən əmr: Əməliyyatlar...
Cəlaloğlu bacısı oğlunun saxlanılmasından danışdı
Azyaşlıya zorakılıq edən dayə işdən çıxarıldı - RƏSMİ/YENİLƏNİB
Adnanın yaxtası Barselona sahillərində oyun çıxarır - FOTO
Baş nazir qərar imzaladı
Mehdiyev işində sürpriz adlar - Hədəfdə onlardır
Slavyansk atəş altında: Üç ölü var
Eldar Əzizovdan Fəqan Məlikova xəbərdarlıq
Müharibədə daha bir azərbaycanlı həlak oldu


20.12.2021  15:55 

“Nar” və “NETTY” ilin ən yaxşı internet layihələrini mükafatlandırdı





A+  A-

“Nar”ın ənənəvi tərəfdaşlığı ilə keçirilən “Netty-2021” internet mükafatının qalibləri bəlli oldu. Dekabrın 18-də keçirilən final tədbirində 6 əsas nominasiya üzrə 18 layihə və “Netty” Ekspertlər Şurasının seçimi ilə qalib olub.

Builki müsabiqədə 200-dən çox layihə “Dövlət və Cəmiyyət”, “Biznes və Maliyyə”, “Elm, Təhsil və İnnovasiya”, “Səhiyyə, İdman və Turizm”, “İnformasiya və Xəbərlər” və “Mədəniyyət, İncəsənət və Yaradıcılıq” nominasiyaları üzrə müsabiqədə iştirak üçün müraciət edib.Bundan başqa, hər nominasiya 3 alt nominasiyadan ibarətdir. Qaliblər və onların seçim qaydaları barədə ətraflı məlumatı netty.az saytından əldə etmək olar.



Final mərasimində mükafatçıları təbrik edən “Azerfon” MMC-nin (“Nar”) İctimaiyyətlə Əlaqələr departamentinin rəhbəri Əziz Axundov bildirib: “Nar” yüksək keyfiyyətli rabitə xidməti təqdim etməklə yanaşı, həm də yerli İKT bazarınıninkişafı istiqamətində ardıcıl layihələr həyata keçirir. Bu layihələrin əsas məqsədi, interneti daha faydalı etməklə, cəmiyyətə öz töhfəmizi verməkdir”.

2004-cü ildən təsis edilmiş Netty İnternet Mükafatı hər il qlobal şəbəkənin Azərbaycan seqmentində yaradılan layihələri qiymətləndirir və müxtəlif istiqamətlər üzrə mütəxəssislərin seçimi ilə ən yaxşıları mükafatlandırır. “Netty” mükafatı ilə tərəfdaşlıq “Nar”ınAzərbaycanda İKT sahəsinin tərəqqisinə yönələn koporativ sosial məsuliyyət (KSM) layihələrinin məntiqi davamıdır. Ətraflı: nar.az/projects



“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayıb və hazırda ölkə ərazisinin 91%-ni, əhalisinin 99%-ni əhatə edir. 8780-dan artıq baza stansiyası ilə Nar şəbəkəsi 2,3 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli mobil rabitə xidməti göstərir. 2017-ci ildə “P3 Communications” tərəfindən keçirilmiş mobil rabitə şəbəkələrinin müqayisəli testlərinə əsasən “Nar” şəbəkəsi mobil zəng xidmətlərinin göstərilməsi üzrə ölkədə ən yüksək nəticəyə nail olub. Müştəri Loyallığı İndeksinə (Net Promoter Score) əsasən, Nar 2019 və 2020-ci illərdə ardıcıl olaraq, ölkədə ən yaxşı mobil operator seçilib.


Xəbər 3083 dəfə oxunub.




30.10.2025  18:56 

Putindən əmr: Əməliyyatlar...

30.10.2025  17:49 

Baş nazir qərar imzaladı

30.10.2025  13:20 

“Saray Plaza”da ölüm

30.10.2025  11:05 

Baş həkim təyin edildi


BÜTÜN XƏBƏRLƏR +