Mehdiyevin nəvəsi 630 minlik maşınla gəzir
Azərbaycanlıların həbsinə başlanıldı
Qırğızıstanın incisi... - İssıkkul gölü
Putin “Burevestnik”dən danışdı
Elton Məmmədov 3 milyon manatı ödəyib - Rəsmi
Əhmədzadənin Rumıniyada dəhşətli əməlləri...
“Bolmart” da ondan alındı, rəhbəri dəyişdi
Deputatımız Malayziyaya səfər edəcək
Mehdiyevlər ailəsinin “ayaqqabı cütləyən”i kim olub?
Mehdiyevin oğlu Duzdağda böyük narazılıq yaradıb


10.04.2017  15:31 

“Reket mətbuat”ın maliyyə mənbələri araşdırılacaq





A+  A-

Milli Məclisin deputatı, Mətbuat Şurasının sədri Əflatun Amaşov saytımıza açıqlamasında deyib ki: Mətbuat Şurasının "Reket" jurnalistikaya qarşı mübarizə komissiyası fəaliyyətini daha da genişləndirir.
“Bununla bağlı "Reket" jurnalistikaya qarşı mübarizə komissiyasının üzvlərinin artırılması nəzərdə tutulur. Bu komissiyaya media sahəsində nüfuzu olan KİV rəhbərlərini, jurnalistləri dəvət edəcəyik.
Onların hesabına siyahını genişləndirəcəyik. Eyni zamanda, bir sıra hüquq-mühafizə orqanlarına bu komissiyada iştirak üşün dəvət göndərmişik. Bu hüquq-mühafizə orqanları - Daxili İşlər Nazirliyi, Baş Prokurorluq, Ədliyyə Nazirliyi və Dövlət Təhlükəsizlik Xidmətidir. Bu orqanlardan komissiyanın üzvləri kimi nümayəndələr dəvət etmişik. Artıq danışıqlar gedir. Bununla daha geniş anlamda məsələlərin həllinə çalışacağıq”.

XəzərNews.az-ın xəbərinə görə, Modern.az-a daxil olan yeni məlumatda bildirilir ki, "reket mətbuat”la mübarizə üçün hüquq-mühafizə orqanları birgə fəaliyyət yaxın zamanlarda gerçəkləşəcək.

“Belə ki, həmin “media orqanları”nın haradan və necə maliyyələşdirilməsi ilə bağlı araşdırmalar aparılır. Yaxın vaxtlarda onları maliyyələşdirən şəxs və ya şəxslər barədə lazımı tədbirlər görüləcək. Bildiyimiz kimi, Mətbuat Şurasının nəzdində "Reket" jurnalistikaya qarşı mübarizə komissiyası fəaliyyət göstərir. Həmin komissiya belə şikayətlər olarkən onları araşdırıb və qərar verə bilmirdi. Amma indi bu komissiya hüquq-mühafizə orqanları ilə birgə fəaliyyət göstərəcək və lazımi qərarlar qəbul edə biləcək”,-deyə Mətbuat Şurasından bildirlib.

Xəbər 3417 dəfə oxunub.




29.10.2025  17:20 

Azərbaycanda zəlzələ

29.10.2025  10:07 

Şəbnəm Tovuzlu cərimələndi


BÜTÜN XƏBƏRLƏR +