Vəkil “Atəşgah” sığortadan narazıdır
Qazanan sığortaçılar, sürünən sürücülər...
56 min müəllimin əmək haqqı artırılıb
Rusiyanı parçalamaq prosesi başladı
AP Gürcüstanda yeni seçkilər tələb edir
Kiyevə gecə hücumu: İki qadın həlak olub
8 min müəllim işdən çıxarıldı
“Aeroflot“ Tehrana bütün reyslərini ləğv edib
Liderlərin Əbu-Dabi görüşünə kimlər qatılıb?
Quyudan su götürmək istəyərkən öldü


22.03.2022  20:26 

Sabaha gözlənilən hava şəraiti açıqlanıb





A+  A-

Martın 23-də Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb.

XəzərNews.az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Lakin səhər bəzi yerlərdə az çiskinli olacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeronda gecə 1-3° isti, gündüz 6-8° isti, Bakıda gecə 1-3° isti, gündüz 6-8° isti olacaq.

Atmosfer təzyiqi normadan yüksək 773 mm civə sütunundan 776 mm civə sütununa yüksələcək. Nisbi rütubət 60-70 % olacaq.

Azərbaycanın rayonlarında martın 23-də hava şəraitinin arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı gözlənilir. Arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 1° şaxtadan 4°-dək isti, gündüz 6-10° isti, dağlarda gecə 7-12° şaxta, yüksək dağlıq ərazilərdə 15° şaxta, gündüz 0-5° şaxta olacaq.

Xəbər 3502 dəfə oxunub.




10.07.2025  10:35 

Neftin qiyməti 76 dolları keçdi

09.07.2025  14:51 

İlham Əliyev Əbu-Dabiyə getdi


BÜTÜN XƏBƏRLƏR +