Pensiya düzəltmək istədi... - Dələduzluğun qurbanı oldu
Rusiyanın fövqəladə hallar naziri Bakıya gəlib
Erməni səfir Rusiya XİN-ə çağırıldı
Pezeşkianı öldürmək istədilər
Rus nazir Bakıya uçdu - Putinin şəxsi məktubunu çatdıracaq
Vərəsəliklə bağlı yeni qaydalar - Prezident təsdiqlədi
Vətən müharibəsi iştirakçısı həkim səhlənkarlığından öldü
Ərdoğan Özgür Özələ 500 min lirə təzminat davası açıb
Azərbaycanlı tələbə Almaniyada ölü tapıldı
Prezident onu rektor təyin etdi


25.04.2021  16:27 

Məmmədyarovla Rəcəbov daha 5 turda mübarizə aparacaq





A+  A-

Bu gün dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi “Champions Chess Tour” onlayn şahmat seriyasının “New In Chess Classic” turnirinin növbəti turlarının oyunları keçiriləcək.
XəzərNews.az xəbər verir ki, şahmatçılarımız Şəhriyar Məmmədyarov və Teymur Rəcəbovla yanaşı, yarışda Maqnus Karlsen, amerikalı şahmatçılar Uesli So, Leyner Dominqes, rusiyalı Sergey Karyakin, ermənistanlı Levon Aronyan, FIDE-ni təmsil edən Alireza Firuzca, Norveç təmsilçiləri Aryan Tari və Yoxan-Sebastyan Kristyensen, polşalı Yan-Kşıştof Duda, Vyetnam təmsilçisi Le Quanq Lyem və hindistanlılar Vidjit Santos və Rameşbabu Praqnanandha iştirak edir.

Bu gün şahmatçılarımız daha 5 turda mübarizə aparacaqlar. Belə ki, T.Rəcəbov H.Nakamura, A.Firuzca, Y.Duda, R.Praqnanandha, nəhayət, günün sonuncu turunda U.So ilə mübarizə aparacaq. Ş.Məmmədyarov isə 6-cı turda Q.Cons, sonra S.Karyakin, 8-ci turda L.Lyem və son iki turda L.Dominges və V.Santos ilə qarşılaşacaq.

Qeyd edək ki, Teymur Rəcəbov ötən 5 turun nəticəsinə görə, 4 xalla turnir cədvəlində birincidir. A.Firuzca və M.Karlsen 3,5 xalla sonrakı pillələrdə qərarlaşıblar. Şəhriyar Məmmədyarov isə 2,5 xal toplayıb.

Qeyd edək ki, 16 şahmatçının mübarizəyə qatıldığı və mayın 2-dək davam edəcək turnirdə ən güclü 8 şahmatçı pley-offa vəsiqə qazanacaq.

“Champions Chess Tour” onlayn şahmat seriyası ümumilikdə 10 turnirdən ibarət olacaq və 2021-ci ilin sentyabr ayınadək davam edəcək.

Xəbər 3630 dəfə oxunub.




07.07.2025  14:34 

Prezident onu rektor təyin etdi

07.07.2025  13:03 

Rusiya Zaporojjyanı vurdu


BÜTÜN XƏBƏRLƏR +