Azərbaycanlı tələbə Almaniyada ölü tapıldı
Prezident onu rektor təyin etdi
Kreml Azərbaycanla münasibətlərə baxışını açıqlayıb
Harada azərbaycanlı var məlumat verin... - Moskva
Müəllimlər nazirliyi məhkəməyə verəcək
Əsgərlik yaşı 20 yaşdan yuxarı qaldırılacaq?
NATO-dan Üçüncü Dünya Müharibəsi xəbərdarlığı
Rusiya Zaporojjyanı vurdu
Bu müəllimlərə 2250 manat veriləcək
İsrail-Türkiyə müharibəsi başlaya bilər?


28.05.2018  11:46 

Bu gün Azərbaycan kubokunun qalibi müəyyənləşəcək





A+  A-

Bu gün Azərbaycan kubokunun final matçı keçiriləcək.
XəzərNews.az xəbər verir ki, Qəbələ şəhər stadionundakı matçla 2017/18 mövsümünə yekun vurulacaq.

Azərbaycanda Cümhuriyyətin 100 illik yubileyi gününə təsadüf edən finalda “Keşlə” və “Qəbələ” qarşılaşacaq. İndiyədək komandalardan heç biri kubok qazanmadığından mükafat yeni sahibini tanıyacaq. Qəbələdəki qələbə iki dəfə çempion, bir dəfə “Birlik Kuboku”nun qalibi olan bakılılar üçün ümumilikdə 4-cü titul ola bilər. Doğma meydanda nominal qonaq olacaq “Qəbələ” isə I dəstə çempionluğu sayılmasa, tarixinin ilk titulunu əldə etməyə iddialıdı. Görüş həm də Azərbaycanın Avropa Liqasındakı son təmsilçisini müəyyənləşdirəcək. Bakılılar Avropaya yollanmaq üçün mütləq kubok qazanmalıdır,“Qəbələ” isə artıq avrokuboklara vəsiqəni təmin edib. Əyalət klubu qalib gəlsə, qitənin ikinci dərəcəli klub turnirindəki son təmsilçimiz “Zirə” olacaq.

Qeyd edək ki, Qəbələ şəhər stadionundakı matç saat 20:00-da başlayacaq.

Azərbaycan kuboku

Final
28 may (bazar ertəsi)

20:00. “Keşlə” – “Qəbələ”

Hakimlər: Rauf Cabbarov, Nahid Əliyev, Knyaz Əmiraslanov, Əliyar Ağayev

Qəbələ şəhər stadionu

Xəbər 2922 dəfə oxunub.




07.07.2025  14:34 

Prezident onu rektor təyin etdi

07.07.2025  13:03 

Rusiya Zaporojjyanı vurdu


BÜTÜN XƏBƏRLƏR +