Dövlətə məxsus parkinq binasını kim özəlləşdirib?
Generalın qızı hökuməti ittiham etdi
Azərbaycan dili kasıb-kusubun, “çuşkaların“ dilidir
Hindistan Türkiyənin düşmənlərini özünə dost bilir?
Mobil telefon, “ağıllı” saat - Qovuldular
Bakıda ağac avtobusun üzərinə aşıb
Poroşenkoya Ukraynadan çıxmağa icazə verilmədi
Səkiləri sökür, parkinq edirlər - Foto
Sabah Bakıda yağış yağacağı ehtimalı var - Proqnoz
Xamenei müharibədən sonra ilk dəfə göründü - Video


23.05.2018  17:46 

Şehiç “Qarabağ”dan gedir





A+  A-

"Qarabağ”ın daha bir legioneri klubdan ayrılıb.
XəzərNews.az xəbər verir ki, oxu.az-ın kluba yaxın mənbədən əldə etdiyi məlumata görə, bu, qapıçı İbrahim Şehiçdir.

Onun müqaviləsi başa çatır. Bosniya və Herseqovina millisinin qolkiperi yeni müqavilə şərtləri ilə razılaşmayıb və komandanı tərk etmək qərarı verib.

Bu xəbəri klubun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov təsdiq etməsə də, təkzib də etməyib:

"Bizdə bir çox futbolçuların klubla müqavilələri başa çatıb. İbrahim də həmin futbolçular arasındadır”.

Qeyd edək ki, İbrahim Şehiç 2013-cü ilin oktyabrından "Qarabağ”da çıxış edirdi. "Qarabağ”ın digər qapıçısı ukraynalı Anton Kanibolotskidir.

Xatırladaq ki, "Qarabağ”dan ayrılması dəqiqləşmiş digər futbolçular Riçard Almeyda, Pedro Enrike, Əfran İsmayılov və Rahid Əmirquliyevdir.

Xəbər 3134 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +