Rus əsgəri 17 yaşlı qızı sərxoş edib zorladı
Prezident Sərdar Ayaz Sadiqi ilə görüşdü
AzerRos kimi təxribatçı adlandırır?
Mərkəzi Bankın milyonluq tenderi baş tutmadı
Vətəndaşın bu borcunu dövlət qaytaracaq
Tverdə azərbaycanlılar saxlanıldı
Tramp Maskın yeni partiyasına sərt reaksiya verib
Xaricdəki diplomatlarımız Bakıya çağırılıb
Yasamalda qəza, yollarda sıxlıq yarandı
Dövlətə məxsus parkinq binasını kim özəlləşdirib?


29.04.2018  13:32 

Bu gün Formula 1 Azərbaycan Qran-Prisinin qalibi məlum olacaq





A+  A-

Bu gün - aprelin 29-da Formula 1 Azərbaycan Qran-Prisinin yekun yarışı keçiriləcək.
XəzərNews.az xəbər verir ki, günə saat 13:10-da 21 dövrədən ibarət “Formula 2” yarışları ilə start veriləcək.

Sonra əsas yarışda – Formula 1 Azərbaycan Qran-Prisində mübarizə aparacaq pilotların paradı və açılış mərasimi olacaq.

Azərbaycanın dövlət himninin səsləndirilməsindən sonra saat 16:10-da 51 dövrədən ibarət Qran-Pri başlayacaq.

Ötən gün keçirilmiş sıralanma yürüşündən sonra Qran-Pridə pilotların düzülüşü müəyyənləşib. Həlledici mərhələnin start düzülüşü aşağıdakı kimi olacaq: Sebastian Fettel (“Ferrari”), Luis Hamilton, Valtteri Bottas (hər ikisi “Mercedes”), Daniel Rikkardo, Maks Ferstappen (hər ikisi “Red Bull Racing”), Kimi Raykonnen (“Ferrari”), Esteban Okon, Serxio Peres (hər ikisi “Force India”), Niko Hulkenberq, Karlos Sainz (hər ikisi “Renault"), Lans Stroll, Sergey Sirotkin (hər ikisi “Williams”), Fernando Alonso (“McLaren”), Çarles Lekler (“Sauber”), Kevin Maqnussen (“Haas"), Stoffel Vandurn (“McLaren”), Pyer Qasli (“Toro Rosso”), Markus Eriksson (“Sauber”), Brendon Hartli (“Toro Rosso”) və Roman Qrojan (“Haas”).

Xatırladaq ki, 2016-cı ildə Bakıda keçirilən Formula 1 Avropa Qran-Prisinin qalibi “Mercedes”in almaniyalı pilotu Niko Rosberq olub. Ötən il isə Formula 1 Azərbaycan Qran-Prisi “Red Bull Racing” komandasının avstraliyalı sürücüsü Daniel Rikkardonun qələbəsi ilə başa çatıb.

Xəbər 3190 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +