Prezident Sərdar Ayaz Sadiqi ilə görüşdü
AzerRos kimi təxribatçı adlandırır?
Mərkəzi Bankın milyonluq tenderi baş tutmadı
Vətəndaşın bu borcunu dövlət qaytaracaq
Tverdə azərbaycanlılar saxlanıldı
Tramp Maskın yeni partiyasına sərt reaksiya verib
Xaricdəki diplomatlarımız Bakıya çağırılıb
Yasamalda qəza, yollarda sıxlıq yarandı
Dövlətə məxsus parkinq binasını kim özəlləşdirib?
Generalın qızı hökuməti ittiham etdi


14.08.2024  17:29 

“Qarabağ”ın oyunu təxirə salındı





A+  A-

Ölkəmizi UEFA Çempionlar Liqasının pley-off mərhələsində təmsil edəcək “Qarabağ” Peşəkar Futbol Liqasına rəsmi müraciət edib.

Xəzərnews.az Yenisabah.az-a istinadən xəbər verir ki, Ağdam təmsilçisi qitənin 1 nömrəli klub turnirinin pley-off mərhələsinə daha yaxşı hazırlaşmaq məqsədilə Azərbaycan Premyer Liqasının III turu çərçivəsində keçiriləcək “Şamaxı” ilə səfər oyununun təxirə salınmasını istəyib.

“Qarabağ”ın müraciətini, “Şamaxı”nın razılığını, Azərbaycan futbolunun ümumi mənafeyini nəzərə alan Peşəkar Futbol Liqası 2024/2025 mövsümünün Əsasnaməsinin 6-cı maddəsinin 1-ci bəndini (pley-off mərhələsinə yüksələn komandanın 1 oyunun təxirə salınması ilə bağlı müraciətini) rəhbər tutaraq III turun “Şamaxı” - “Qarabağ” oyununun təxirə salınması ilə bağlı qərar qəbul edib. Təxirə salınmış oyunun tarixi ilə bağlı əlavə məlumat veriləcək.

Qeyd edək ki, klubların əvəzedici heyətlərinin oyunu ilə bağlı hər hansı bir dəyişiklik yoxdur.

Xəbər 8715 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +