YouTube platformasında yenilik var...-Mütəxəssisdən AÇIQLAMA
Co Bayden ilk dəfə xəstəliyindən yazdı
Həqiqi hərbi xidmətə çağırışla bağlı... - Sərəncam
Sobçakın da vergiyə külli miqdarda borcu var
“Toplum TV“nin əməkdaşları ilə bağlı ittiham aktı elan edildi
Telefonda danışacaqları saat bəlli oldu
Seçkidə qalib gəlsələr də... - Səs çoxluğu yoxdur
Cahangir Hacıyev 6 milyon manata yaxın pul qazanır
Terrorçulara qoşulan şəxslər Bakıya gətirildi - VİDEO
Kəmaləddin Heydərov rəisi təqaüdə göndərdi


20.01.2025  14:01 

Ölkədə yumurta qıtlığı gözlənilir?





A+  A-

"Ölkədə yumurta qıtlığı gözlənilmir”.

XəzərNews.az xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası (APEPEA) İdarə Heyətinin sədri Mürvət Həsənli mətbuatda yumurta qıtlığı ilə bağlı yayılan məlumata aydınlıq gətirərkən deyib.

Sədr ölkədə kifayət qədər istehsalın olduğunu açıqlayıb:

"Gündəlik təlabatımız 4 milyon ədədə yaxındır, yumurta istehsalımız isə 5 milyon 500 yüz minin üzərində dayanır. Hər gün xaricə bir, yaxud da iki maşın ixracımız var. Yumurta artıqlığı o qədərdir ki, kifayət qədər də ixrac var”.

Sədr yumurtanın ucuzlaşmasının səbəbinə də aydınlıq gətirib:

"İstehsal çoxaldı, təlabat azaldı. Təlabat azalan kimi təklif çoxaldı və qiymətlər endi. Bütün fabriklər rəqabətli şəkildə qiymətləri aşağı endirdilər. Bu gün üçün ölkədə bir ədəd yumurtanın maya dəyəri 13-14 qəpik civarındadır. Bunun satışı isə 16-17 qəpik arasındadır. Ona görə də Azərbaycanda düşünmürəm ki, gələcəkdə yumurtanın qiyməti qalxsın. Ona görə ki, fabriklərdə yumurta və yaxud da ana toyuqlar kifayət qədərdir”.

Mürvət Həsənli qeyd edib ki, qiymətin maya dəyərindən aşağı olması fabriklərin böyük zərərə gətirib çıxardar:

"Düşünürük ki, gələcəkdə fabriklərin ayaqüstə qala bilməsi üçün ən azı yumurta maya dəyəri civarında satılmalıdır”.

Qeyd edək ki, mətbuatda iki gündür ki, Bakının supermarketlərində yumurta qıtlığı yaşandığı ilə bağlı məlumat yayılıb.


Xəbər 2391 dəfə oxunub.




19.05.2025  21:59 

Məşhur aktyor nişanlandı -FOTO

19.05.2025  13:08 

Sumqayıtda qazini maşın vurub

19.05.2025  12:38 

Lavrov Ermənistana səfər edəcək


BÜTÜN XƏBƏRLƏR +