Silah anbarında partlayış...-Ölənlər var
Moskvada avtomobil izdihamın üzərinə sürən şəxs saxlanılıb-YENİLƏNİB
ABŞ-dən Ukraynaya 500 milyon dollarlıq hərbi yardım
İsrail atəşə tutuldu
Özgür Özelin barəsində istintaq başladılıb
Rusiyanın hərbi təyyarəsi İrəvana endi
Tovuz döyüşlərindən beş il ötür
Zelenski xarici hərbi yardımın çatdırılmasından danışıb
HƏMAS-ın hərbi-dəniz xüsusi təyinatlılarının 6 komandiri öldürülüb
Anar Abdullayev həbs olunub


12.10.2022  17:30 

Cavid Qurbanovun “dəmir yolu“nda nə baş verir?





A+  A-

Bir neçə il əvvəl Azərbaycanda Bakı-Sumqayıt sürətli elektrik qatarı istifadəyə verilib. Həmin günlərdə Sumqayıt sakinlərinin əksəriyyəti Bakıya gəlişləri ilə bağlı uzun sürən işgəncələri bitdi deyib, rahat nəfəs aldılar.

Heç kimə sirr deyil ki, Sumqayıt sakinlərinin çoxu Bakıda işləyir, bu səbəbdən işə və evə çatmaq çox vaxt və əsəb tələb edirdi. Onlar bu nəqliyyat növünün əsas üstünlüyünü - istədikləri dayanacağa çatmağın dəqiq vaxtına inamını yüksək qiymətləndirərək, böyük sevinclə qatardan istifadə etməyə başladılar.

Lakin qatarda sərnişinlərin sıxlığı səbəbindən sevinc tezliklə söndü. Bu vəziyyət xüsusilə sentyabr ayında məktəblərdə və universitetlərdə ənənəvi təhsilin bərpası sərnişinlərin sayının artmasına səbəb olduqdan sonra kəskinləşib. Dəhşətli vəziyyət o həddə çatıb ki, bu yaxınlarda sərnişinlər və dəmiryol işçiləri ilə bağlı insident baş verib. Vaqonların birində ventilyasiya sistemində texniki nasazlıq yaranıb və bu, sərnişinlərin hiddətinə səbəb olub.

Onlar hiddətlənib ki, Bakı-Sumqayıt elektrik qatarı uzun fasilələrlə işləyir, nəticədə vaqonlara çoxlu adam minir və bu, havalandırma sistemi işləmədikdə, sərnişinlərin, xüsusilə xroniki sağlamlıq problemləri olanların halının pisləşməsinə səbəb olur.

Mövcud vəziyyətdən çıxış yolu kimi “Azərbaycan Dəmir Yolları” QSC oktyabrın 10-dan Sumqayıt-Bakı xəttinə əlavə qatar buraxıb.

Hadisədən bir neçə gün əvvəl “Azərbaycan Dəmir Yolları” QSC-nin keçmiş rəhbəri, hazırda Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini olan Cavid Qurbanov jurnalistlərə müsahibəsində sərnişin sıxlığı ilə bağlı sualı cavablandırarkən qeyd edib ki, Bakı-Sumqayıt-Bakı sürətli elektrik qatarlarının sayı kifayət qədərdir. O, "sadəcə sərnişinlər çoxdur" kimi diqqətsiz bir ifadə də işlədib.

Təəssüf ki, bu cür saymazyana davranışlar ölkə vətəndaşlarını yox, yalnız öz rifahını düşünən bəzi Azərbaycan məmurlarının adətlərində var. Sərnişinlərin rahatlığını əvvəlcədən düşünmək zərurəti bir yana, yalnız insident baş verəndə vəziyyətə reaksiya verirlər.

Bununla yanaşı, “Azərbaycan Dəmir Yolları” QSC-nin fəaliyyətində bu sahə üzrə qeyri-mütəxəssislərin də gözlə görə biləcəyi nöqsanlar çoxdur. Məsələn, eyni Bakı-Sumqayıt-Bakı qatarının sərnişinləri son vağzaldan çıxarkən onlara bileti yaxınlaşdırdıqda açılan platformadakı turniketlərdən keçməlidirlər. Bu proses sərnişinlərin vaxtını alır və sıxlıq yaradır. Əgər sərnişin qatardan düşürsə, deməli, “oraya bilet alıb minib” məntiqi ilə düşünmək düz olsa da, görünür, heç də hamı üçün elə deyil.

Belə olan halda maraqlıdır, əlaqədar qurumlar başqa nəyə görə sərnişinlərin əsəblərini əlavə gərginliyə salıb qiymətli vaxtını alır?

Rəsmilərin diqqətini çəkən ikinci məqam isə Bakı-Sumqayıt-Bakı qatarlarında biznes klassın olması olub. Biznes klass bileti iki manatdır, ekonom klass biletindən 1 manat 30 qəpik bahadır, lakin bahalı bileti demək olar ki, heç kim almır. Biznes sinif vaqonlarının boş olduğunu söyləmək olarsa, niyə yüksək sərnişin sıxlığını boşaltmaq üçün onlardan istifadə etməyəsiniz?

Bundan başqa, qatarların hərəkət qrafikinin tərtibində də ciddi nöqsanlar var. İş günü saat 18:00-da başa çatır, Bakı-Sumqayıt marşrutu üzrə qatarlar saat 17:50 və 18:25-də yola düşür. Eyni zamanda, iş yerindən dəmir yolu vağzalına çatmağa da vaxt tapmalı olan sərnişinlər hələ kassadan və ya avtomatlardan da bilet almalıdırlar. Pik saatları vaxtında kassalarda və bilet satan avtomatlarda artıq uzun növbə olduğunu nəzərə alsaq, saat 18:00-da işdən çıxan şəxs bunu edə biləcək və tutaq ki, 18.25 reysinə çata biləcəkmi?

Bu problemi hiss etmələri və həll etmələri üçün inanıram ki, təcrübə xatirinə məmurlarımız pik saatlarda bir həftə qatara minməyə məcbur edilsələr, problem daha tez həllini tapar. Bu zaman onlara həvalə edilmiş öhdəliklərə səhlənkar münasibət ucbatından yaranan narahatlığı öz bellərində hiss edərək, dərhal müdrikləşəcək və “kifayət qədər qatar var, sadəcə sərnişinlər çoxdur” tipli ifadələrlə camaatı ələ salmayacaqlar.../Ayna.az

Xəbər 3204 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

12.07.2025  00:30 

İsrail atəşə tutuldu

12.07.2025  00:25 

Cəlilabadda yaşayış evi yanıb

11.07.2025  23:25 

Dənizdə batan şəxs xilas edildi

11.07.2025  22:58 

Anar Abdullayev həbs olunub

11.07.2025  17:06 

Güclü, amma “səssiz“ OLİQARX

11.07.2025  16:28 

Rusiya PUA-sı Litvada vurulub?


BÜTÜN XƏBƏRLƏR +